Suriya ordusu Hələb və İdlibdə “Heyət Təhrir əş-Şam” qruplaşmasına qarşı əks-hücum əməliyyatı keçirir.
Qanunla.Az xəbər verir ki, bu barədə “Əl Məyadin” telekanalı məlumat yayıb.
“Suriya Ordusu Hələb və İdlib şəhərlərində silahlı qrupların intensiv hücumunu dəf etməyə başlayıb. Ordu İdlibin cənub-şərqində silahlıların ələ keçirdiyi mövqeləri hədəfə alaraq əks-hücum əməliyyatına başlayıb”, – məlumatda bildirilib.
Kanalın məlumatına görə, Suriya ordusu Əl-Bakum şəhərini geri ala bilib.