Ukrayna Baş Kəşfiyyat İdarəsinin Suriyadakı əməkdaşları terrorçuların əlbiri kimi izləniləcək və məhv ediləcək.
Qanunla.Az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
“Hesab edirəm ki, Suriya ərazisində olan bütün bu insanlar terrorun ortaqları kimi izləniləcək və məhv ediləcək. Gəlin, hər şeyi öz adıyla deyək: BMT-nin belə terror təşkilatı kimi tanıdığı “Heyəti Təhriri-Şam” radikallarına kömək edən və silahlandıranlar, əlbəttə ki, uyğun və sərt reaksiya tələb edir. Düşünürəm ki, onlar müvafiq tədbirlər görəcək, bu cavabsız qalmayacaq, cavab sərt olacaq”, – o bildirib.