image-970_50
image-img_20211118_084346

Suriyaya yardıma davam edəcəyik – Lavrentyev

image-728_90

Suriya torpaqlarında separatçılıq və dövlətəbənzər qurumların yaradılması cəhdləri qəbuledilməzdir.

Qanunla.Az xəbər verir ki, bu sözləri Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

Diplomat bildirib ki, Suriyadakı tərəflər arasında dialoq hər hansı xarici təhdid olmadan baş tutmalıdır:

“Suriyalılar ən yaxşı həll yolu tapmaq, konstitusiya ilə bağlı anlaşılmazlıqları aradan qaldırmaq, hətta dəyişdirmək gücünə sahibdir. Vəziyyətin Suriyanın mərkəzi hakimiyyətinə təhlükə yaradacaq səviyyəyə gəlməsinə icazə verilməməlidir. Millətlər və məzhəblər arasında razılaşmanın əldə edilməsi üçün yardım etməyə davam edəcəyik”.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki