Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi polis əməkdaşları ilə sürücü arasında yaranan insidentə münasibət bildirib.
Qanunla.Az xəbər verir ki, İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Report-a açıqlamasında hadisənin paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində qeydə alındığını bildirib.
N.Piriyev qeyd edib ki, hazırda araşdırma aparılır:
“Videogörüntülərin çəkildiyi ərazidə yol-nəqliyyat hadisəsi olub. Qəza zamanı 4 avtomobil əzilib. Yol Patrul Xidməti əməkdaşları isə hadisənin araşdırılması məqsədi ilə qəza törədən şəxsi – Elvin Rüstəmovu şöbəyə aparmağa çalışıb. Bu zaman sürücü polis əməkdaşlarına tabesizlik göstərib. Həmin zaman sürücüyə heç bir zor tətbiq edilməyib. Daha sonra sürücü saxlanılaraq, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə aparılıb. Eyni zamanda sürücü sərxoş olub və barəsində protokol tərtib edilib”.