image-qanunla-reklam
image-181723_y3ivjo5fws

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır

image-lady-day-az

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır
Əziz Şuşa bu səhər tamam başqa bir səhərdi!
Bu səhər sən çox sevinirsən,çünki sən azadsan ,bizimsən!
Biz qayıtmışıq, biz gəlmişik!
Sən necə səbr etdin, necə dözdün bu illərdə bizsizliyə?
Qan ağladı “Xarıbülbülün”,”Cıdır düzün”!
Qatillər küçələrində neçə-neçə canlara qıymışdı,körpələrə əl uzatmışdı.Sən isə əlacsız,çarəsiz qalıb acı taleyinlə barışdın.Sanki kimsəsiz,sahibsiz idin o zaman,qanadsız, yaralı bir quş idin uçmağa taqətin yox idi.Elə hey gözün yollarda idi,axtarırdın sahibini ki,məni azad etsin bu bəladan.Amma çox təssüf ki, uzun illər biz güc toplayana qədər sənə qovuşa bilmədik,həsrət qaldıq.Bu illər ərzində Poladlarımız,Mübarizlərimiz,Fəridlərimiz,Cəbrayıllarımız,Elvinlərimiz,Rəşadlarımız,Arəstələrimiz, Natiqlərimiz yetişdi, hazırlaşdı səni qatillərin əlindən almağa. Bu gəliş elə bir gəliş idiki düşmən lərzəyə gəldi,bütün dünyaya səs saldı.Bu gəlişlə sən daim azadlığa çıxdın.İndi bilirsən “Xarıbülbül” necə sevinir.O öz qeyrətli oğullarının,qızlarının nəfəsini duyur çünki.
Sənin yolunda o oğullar can fəda etdi,keçilməz yollardan keçdi, ən uca zirvəyə yüksəldi.Səni öz canları bahasına azad etdi Şuşam. Şuşa şəhərinin işğaldan azad edilməsi ilə şanlı tariximizə daha bir parlaq hadisə daxil oldu və tarixi ədalət bərpa edildi. Dövlətimizin başçısının “Şuşa bizimdir! Qarabağ bizimdir!” deyərək xalqımızı təbrik etməsi heç zaman unudulmayacaq.
Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı olmaqla yanaşı, tariximizdə çox böyük və xüsusi əhəmiyyəti olan bir şəhərdir. Çünki Şuşa şəhəri xalqımızın zəngin mədəniyyətini, memarlığını dünyaya tanıtdırmışdır. Hələ ümummilli lider Heydər Əliyev tərəfindən 1977-ci ildə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” Qərar qəbul edilərək Şuşa şəhərində olan tarixi abidələrin qorunması, mədəniyyət və incəsənət xadimlərinin, habelə görkəmli şəxslərin abidələrinin abadlaşdırılması təmin edilmişdi. Bu cür gözəl şəhər, təəssüflər olsun ki, Erməni vandalizminin qurbanı olmuş, erməni barbarları şəhərdə olan 170-dən çox memarlıq abidəsi sayılan yaşayış binasını, mədəniyyət və tarixi abidələri, təhsil müəssisələrini, muzeyləri dağıtmış, məbədgah və məscidləri təhqir etmişlər.
Şuşa işğaldan azad olunduqdan sonra Cənab Prezident, Ali baş komandanımız İlham Əliyevin göstərişinə əsasən, işğal altında olan bütün ərazilərə vurulmuş ziyanla bərabər, Şuşaya dəymiş ziyan da hesablanmış, şəhərdə çox böyük sürətlə abadlıq-quruculuq işlərinə başlanmış, hazırda da uğurla davam etdirilir. Şuşa şəhərində aparılan abadlıq-quruculuq işlərini sürətlə davam etdirmək məqsədilə şəhərə dövlətimizin başçısının ilk xüsusi nümayəndəsi təyin edilmişdir.
Prezident İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə Sərəncam imzalaması heç də təsadüfi deyildi. Çünki son 29 il ərzində ermənilər hər il 8 may tarixini xüsusi təntənə ilə qeyd edir və Şuşanı 1992-ci il mayın 8-də işğal etməklə öyünürdülər. Düşmənlərimiz müxtəlif ölkələrdə lobbiçilik fəaliyyəti ilə məşğul olaraq, işğala beynəlxalq dəstək qazandırmaq məqsədilə Şuşanın tarixini təhrif edərək onu “Şuşi” kimi təqdim etməyə çalışırdılar.
Ancaq bu gün onlar Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı olaraq qəbul etməyə və qarşılamağa məcburdurlar. Tarixi ədalət bərpa olundu, Şuşa işğaldan azad edildi. “Əminik ki, doğma əllərdə olan Şuşa şəhərində bütün mədəni abidələr bərpa edilməklə, yeni binalar, evlər tikilməklə tezliklə bu şəhər dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir.

Aqil Arifoğlu Babayev,
Saatlı rayonu Əhmədbəyli kənd tam orta məktəbinin direktor müavini.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki