image-970_50
image-_ena_edd39be330d187b9b420299a6_o

Şuşa Bəyannaməsi beynəlxalq aləmdə də böyük əks-səda  doğurduğunu bildirdi və bunu faktlarla əsaslandırdı

image-728_90

Şuşa Bəyannaməsi beynəlxalq aləmdə də böyük əks-səda  doğurduğunu bildirdi və bunu faktlarla əsaslandırdı

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldıracaq. O cümlədən yeni regional geosiyasi konfiqurasiyanın qurulmasında, iki dost və qardaş ölkəarasında əlaqələrin ən yeni mərhələyə qədəm qoymasında mühüm əhəmiyyət kəsbedir. Bu sənəd, eyni zamanda, gələcək qələbələrimizin təməlini qoydu. Artıq dünya ictimaiyyəti də etiraf edirki, Azərbaycan-Türkiyə əməkdaşlığı siyasi, iqtisadi və mədəni sahələr üzrə yüksələn xətlə inkişaf edir. Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonra bölgədə yeni reallıqların yaranması özünü bütün sahələrdə büruzə verir. Şuşa Bəyannaməsi bu reallıqların rəhni olacaq.
Şuşa Bəyannaməsi beynəlxalq aləmdə də böyük əks- səda doğurduğunu bildirdi və bunu faktlarla əsaslandırdı: “ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın dedikləridə bunu təsdiqləyir: “Şuşa Bəyannaməsinin imzalanması sabitləşdirici addımdır. Bəlkədə Bəyannamədə ən vacib maddə üçüncü dövlət və ya dövlətlər tərəfindən ölkələrdən birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyünə qarşı təhdid, təcavüz təqdirində birgə məsləhətləşmələrin keçirilməsi, bir-birinə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq silahlı qüvvələrin güc və komanda strukturlarının razılaşdırılmış fəaliyyətinin təmin edilməsidir”.
Faktlarda təsdiqləyir ki, Şuşa Bəyannaməsi böyük tarixi əhəmiyyətə malikdir. Sənəddə diqqətçəkən digər məqamlardan biridə beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasıdır. Məlum olduğu kimi, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Zəngəzur dəhlizinin açılması İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Prezident İlham Əliyevdə bu məqamı xüsusi vurğuladı: “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq”.
Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda Şuşa Bəyannaməsinin imzalanması düşmənlərimizə tutarlı cavabdır. Həmdə Azərbaycanın gücünün, qüdrətinin təcəssümüdür.

Nailə Əliyeva- Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri

 

Şuşa Bəyannaməsi Azərbaycanın gələcəyinə yönəlmiş strateji sənəddir.

Şuşa Bəyannaməsi Azərbaycanın gələcəyinə yönəlmiş strateji sənəddir Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi-strateji əməkdaşlığın perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir. Bu bəyannamə ilə qardaş ölkələrimiz bütün istiqamətlərdə əməkdaşlığını gücləndirəcək, birgə fəaliyyətlər üzrə illik və perspektiv planlar hazırlayacaqlar. Hər iki qardaş dövlət kadr hazırlığında, təlimlərdə, hərbi texnologiyaların inkişafında, hərbi-elmi tədqiqatlar sahəsində birgə fəaliyyət göstərəcək, hərbi sənayenin inkişafında bir-birinə dəstək olacaq, bir millət kimi müştərək planlar quraraq, qarşıda qoyulan hədəflərə bir yerdə nail olacaqlar.
Şuşa Bəyannaməsinə görə tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin olunmasını təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər.
Bəyannamədə tərəflərin dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcəkləri və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəkləri vurğulanır. Eləcə də, iki qardaş ölkənin sahib olduqları silah və sursatla təchiz edəcəyi, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcəyi və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Şuşa bəyannaməsində qeyd olunan tədbirlər artıq plan əsasında hazırlanacaq və yerinə yetiriləcək.

“Şuşa Bəyannaməsinin imzalanmasından sonra iki qardaş ölkənin dövlət başçıları bəyan ediblər ki, Azərbaycan və Türkiyə arasında münasibətlər artıq ən yüksək mərhələyə gəlib çatıb. Qeyd edim ki, bəyannamədə müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyi ifadə edilir. İki dövlət arasında bu və digər məsələlərin uzlaşdırılması, hərbi sənaye sahəsi, təhlükəsizlik məsələləri ilə bağlı sənədlərə dair Türkiyənin və Azərbaycanın qanunverici orqanlarında artıq qərar qəbul olunub. Bütün hazırlıqlar yekunlaşdıqdan sonra Şuşa Bəyannaməsi imzalanıb. Azərbaycan ilə Türkiyə hər iki ölkədə birgə çoxsaylı təlimlər keçirib. Hər iki ölkənin müdafiə nazirləri təlimlərə baxıblar. Bütün sahələrdə birgə fəaliyyət tədbirləri artıq sınaqdan keçib.
Bu bəyannamədə qeyd olunan tədbirlər artıq plan əsasında hazırlanacaq və yerinə yetiriləcək. Bu bütün işləri daha da asanlaşdıracaq və məqsədyönlü edəcək. Hərbi, təhlükəsizlik sahəsi üzrə Azərbaycan Türkiyə ilə birlikdə planlı şəkildə bu inkişaf xəttini bundan sonra da davam etdirəcək. Bu, Azərbaycan üçün çox böyük dəstəkdir.
“Türkiyənin Azərbaycanla birgə fəaliyyəti regionda davamlı sabitliyin bərqərar olunmasına səbəb olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin imzalanmasından sonra çıxışında regionun sülh bölgəsinə çevrilməsində qardaş ölkənin maraqlı olduğunu bildirdi. Bu istiqamətdə addım atmaq üçün Azərbaycanda hazırdır. Şuşa Bəyannaməsinin böyük perspektivlərini bundan sonra görəcəyik. Türkiyə kimi inkişaf etmiş güclü dövlətin ölkəmizin yanında olması Azərbaycana çox böyük dəstəkdir. Eyni zamanda, Ermənistan bundan müəyyən nəticələr çıxaracaq. Bizə dost olan ölkələr isə bunu alqışlayacaq. Düşünürəm ki, iki dövlətin milli maraqlarına cavab verən bu hərbi-siyasi əməkdaşlıq sənədi Azərbaycanın gələcəkdə daha da inkişafına, hərbi gücünün artmasına, regionda sabitliyin daha da bərqərar olmasına yeni imkanlar açacaq.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Şuşa Bəyannaməsi: İqtisadi sahədə böyük imkanlar açılır

Bəyannamənin ən spesifik cəhətlərindən biri milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılmasıdır.
“Bu ölkələrin iqtisadi və ticarət sahələri ilə bağlı bir-birilərinə qarşılıqlı dəstək olacağı anlamına gəlir. Ticari şaxələnmənin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını nəzərə alsaq, bu sahədə əməkdaşlıq iqtisadi inkişafın dayanıqlığı baxımından da vacib hesab olunur.
Digər mühüm məqam malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsidir. Bu il martın 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minıb. Saziş 15 mal qrupunu əhatə edir. Bu saziş nəticəsində iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Bu, o deməkdir ki, artıq bu sahədə real addımlar atılmaqdadır. Qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Şuşa Bəyannaməsində nəzərdə tutulan tədbirlər bu hədəfə nail olmaq yeni imkanlar yaradacaq.
Qeyd edək ki, 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə artıb. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət göstəriciyə malik olub və bu göstərici rekord şəkildə artmışdır.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Şuşa bəyannaməsi Azərbaycan Türkiyə münasibətlərinin uğurlu inkişafında mühüm rol oynayacaq

Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olması ümumilikdə regionun tərəqqisində, sabitliyin bərqərar olmasında mühüm rol oynayır. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu günlərdə iki qardaş ölkə arasında imzalanmış və müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı regionda sülh və sabitliyin davamlı olmasını sürətləndirəcək və hər iki ölkənin inkişafına mühüm töhfələr verəcək.

Ələkbər Kərimov – Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 

İkitərəfli münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsini rəsmiləşdirən strateji təşəbbüs

2021-ci il iyunun 15-i Azərbaycan tarixində yeni bir dönəmin başlanması ilə əlamətdar oldu. Bu tarixi gün onunla xarakterizə olunur ki, qardaş Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında ölkəmizi tarixən təhdid edən dövlətlərə qarşı milli varlığımızı daha təhlükəsiz sürdürmək üçün Müttəfiqlik haqqında Şüşa bəyannaməsi imzalandı. İki qardaş dövlət arasında imzalanan bu sənəd Azərbaycanımızın gələcəyinə dair çox vacib məsələlər ortaya qoydu. Azərbaycan tariximizdə ilk dəfə olaraq Azərbaycanın dövlət başçısı xarici dövlətin rəhbərini Qarabağda qarşıladı.
Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri Şuşa Bəyannaməsinin Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi əhəmiyyəti vardır. Bəyannamə 1921-ci ildə imzalanan Azərbaycan və Türkiyə dövlətlərinin əlaqələrinə dair təməl prinsiplərə, Qars müqaviləsinin tarixi prinsiplərinə söykənir. Bu sənəd iki qardaş dövlətlər arasında bağlanmaqla yanaşı iki qardaş xalqların böyük çoxluğunun da istəkləri əsasında bağlanır və anlaşmanın qalıcı xarakter daşıdığına ən ciddi təminat verir.

Təravət Eyvazova-Böyük Dəkkə kənd köpələr evi-uşaq bağçasının müdiri

 

Yeni münasibətlərin formalaşmasına səbəb olacaq iqtisadi amillər.

Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə qardaş Türkiyə Cümhuriyyəti ilə ölkəmizin gələcək işbirliyinin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Sənədin Şuşada imzalanmasının simvolik bir önəm daşıyır. ”Şuşaya nəzarət edən Qarabağa nəzarəti həyata keçirmək gücündədir.” mənası ortadadır. Bu ikili münasibətlərdə müdafiə sənayesi sahəsində anlaşmanın əksini tapması, Azərbaycanda bu yöndə hərbi fabrikin qurulması ölkəmizi çağdaş dünyanın hərbi texnologiya istehasal edən ölkəsinə çevirəcəkdir.
Bununla yanaşı Beynəlxalq müstəvidə birgə əməkdaşlıq sahəsində əsas məsələlərdən biri iqtisadi-ticarət əlaqələrinin genişləndirilərək şaxələndirilməsidir. Belə ki, Türkiyə-Azərbaycan əlaqələlərinin mühkəmlənməsi qərbi enerji təhlükəsizliyinin vacib təminatşısı olan Cənub Qaz Dəhlizinin təhlükəsiz fəaliyyətinin önəmi göstərir. Hər iki qardaş dövlət Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirməklə, həmçinin qlobal enerji sektorundakı prosesləri nəzərə alaraq regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik enerjisi sahəsində də regional əməkdaşlığa töhfə verəcəkdirlər.

Aqil Məmmədov-gənc müəllim

Hər iki ölkə və xalqların maraqlarına xidmət edən Bəyannamə

İyunun 15-i ölkəmizdə çox əlamətdar bir gündür. Hər il həmin gün respublikamızda geniş miqyasda təntənə ilə qeyd olunur. Məhz 28 il əvvəl iyunun 15-də Azərbaycanda yeni mərhələnin başlanğıcı oldu. Ulu öndər Heydər Əliyev Ali Sovetin Sədri seçilməklə ölkəmiz parçalanmadan, xəritədən birdəfəlik silinməkdən, xaos və anarxiyadan qurtuldu. 28 il sonra, 2021-ci il iyunun 15-i yenə də əlamətdar hadisə ilə yaddaşlara əbədi həkk olundu. 30 ilə yaxın bir müddətdə işğal altında olan və Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə düşməndən azad edilmiş Şuşada iki qardaş dövlət olan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalandı.
Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ailə üzvləri və böyük bir nümayəndə heyəti ilə Şuşaya səfər etdi. Bu tarixi əhəmiyyətli səfər Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olması barədə həm Ermənistana, həm də onun havadarlarına bir mesaj idi. Şuşada iki qardaş ölkə arasında Bəyannamənin imzalanması isə düşmənə göz dağı idi. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində birgə milli mənafelər baxımından siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik, o cümlədən media sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur.
Dövlətimizin başçısı bu sənədi yüksək qiymətləndirərək dedi: “Birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Müttəfiqlik haqqında Bəyannamə özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.

Həsən Abulov-Ağsaqqallar şurasının sədr müavini

 

Yeni geosiyasi mənzərə

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldıracaq. O cümlədən yeni regional geosiyasi konfiqurasiyanın qurulmasında, iki dost və qardaş ölkə arasında əlaqələrin ən yeni mərhələyə qədəm qoymasında mühüm əhəmiyyət kəsb edir. Bu sənəd, eyni zamanda, gələcək qələbələrimizin təməlini qoydu. Artıq dünya ictimaiyyəti də etiraf edir ki, Azərbaycan -Türkiyə əməkdaşlığı siyasi, iqtisadi və mədəni sahələr üzrə yüksələn xətlə inkişaf edir. Vətən müharibəsində qazandığımız tarixi Qələbədən sonra bölgədə yeni reallıqların yaranması özünü bütün sahələrdə büruzə verir.
Şuşa Bəyannaməsi beynəlxalq aləmdə də böyük əks- səda doğurması faktdır “ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın dedikləri də bunu təsdiqləyir: “Şuşa Bəyannaməsinin imzalanması sabitləşdirici addımdır. Bəlkə də Bəyannamədə ən vacib maddə üçüncü dövlət və ya dövlətlər tərəfindən ölkələrdən birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyünə qarşı təhdid, təcavüz təqdirində birgə məsləhətləşmələrin keçirilməsi, bir-birinə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq silahlı qüvvələrin güc və komanda strukturlarının razılaşdırılmış fəaliyyətinin təmin edilməsidir”.
Sənəddə diqqət çəkən digər məqamlardan biri də beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasıdır. Məlum olduğu kimi, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Zəngəzur dəhlizinin açılması İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir.

Mübariz İsmayılov-Təqaüdçü müəllim

 

Bölgədə sülhün təminatçısı və regionun yeni geosiyasi reallığını rəsmiləşdirən Şuşa Bəyannaməsi haqqında

2021-ci il iyunun 15-i Azərbaycan tarixində yeni bir dönəmin başlanması ilə əlamətdar oldu. Bu tarixi gün onunla xarakterizə olunur ki, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında ölkəmizi tarixən təhdid edən dövlətlərə qarşı milli varlığımızı daha təhlükəsiz sürdürmək üçün Müttəfiqlik haqqında Şüşa bəyannaməsi imzalandı. İki qardaş dövlət arasında imzalanan bu sənəd Azərbaycanımızın gələcəyinə dair yol xəritəsinin ortaya qoydu. Azərbaycan tariximizdə ilk dəfə olaraq Azərbaycanın dövlət başçısı xarici dövlətin rəhbərini Qarabağda qarşıladı. “Şuşa Bəyannaməsi” ndə ən önəmli məsələlərdən biridə yeni geosiyasi gerçəkliyin, Türk Şurasının lokomotivləri olaraq Türkiyə və Azərbaycanın Türk dünyası ilə iş birliyinə verdikləri önəmin vurğulanması, ikinci Qarabağ savaşından sonra yeni bir geosiyasi gerçəkliyin ortaya çıxmasının bir daha vurğulanmasıdır. Şuşa Bəyannaməsi Azərbaycan – Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldıracaq. O cümlədən yeni regional geosiyasi konfiqurasiyanın qurulmasında, iki dost və qardaş ölkə arasında əlaqələrin ən yeni mərhələyə qədəm qoymasında mühüm əhəmiyyət kəsb edir. Bu sənəd, eyni zamanda, gələcək qələbələrimizin təməlini qoydu. Artıq dünya ictimaiyyəti də etiraf edir ki, Azərbaycan -Türkiyə əməkdaşlığı siyasi, iqtisadi və mədəni sahələr üzrə yüksələn xətlə inkişaf edir. Vətən müharibəsində qazandığımız tarixi Qələbədən sonra bölgədə yeni reallıqların yaranması özünü bütün sahələrdə büruzə verir. Şuşa Bəyannaməsi bu reallıqların rəhni olacaq. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsini rəsmiləşdirən strateji təşəbbüs idi. Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisə olduğu qədər həm də Azərbaycan və Türkiyə arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir, eyni zamanda, müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. “Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyəni Cənubi Qafqaz regionda sülhün və əminamanlığın, eləcə də regional təhlükəsizliyin qarantına çevirdi. Eyni zamanda, “Şuşa Bəyannaməsi” ilə Türkiyə və Azərbaycan qarşılıqlı hərbi öhdəliklər də götürmüş oldular. Məsələ ondadır ki, Şuşa Bəyannaməsində yer alan “Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər” bəndi hər iki ölkənin xarici hərbi təsirlərə ortaq müqavimətin şərtlərini müəyyən edir. Digər tərəfdən sənəddə “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər” bəndi də yer alıb: Bu bənd Azərbaycan və Türkiyənin bir-birinə hərbi məzmunlu yardım öhdəliyini təsdiqləyir. İndi Azərbaycanın hərbi təhlükəsizliyi Türkiyənin hərbi-siyasi qüdrəti ilə təminat altına alınıb. Bu bənd Azərbaycana qarşı istənilən xarici təcavüz halında, Türkiyəyə dərhal hərbi müdaxilə hüququ tanıyır. Ona görə də, bundan sonra Azərbaycana hərbi təzyiq göstərmək niyyətinə düşən istənilən xarici ölkə mütləq bu faktoru nəzərə almalı olacaq.  Azərbaycan hazırda “Şuşa Bəyannaməsi” sayəsində NATO ölkəsi olan Türkiyə ilə strateji müttəfiqdir. Şuşa Bəyannaməsi hər iki ölkə və xalqların maraqlarına xidmət edir: İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan və Türkiyə arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran Bəyannamə xalqların mənafelərinə xidmət edir. Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd ölkələrin gələcək inkişafına və xalqların rifahına təminat verir. Şuşa Bəyannaməsi inteqrasiya prosesləri üçün də hüquqi və mənəvi zəmin yaradır: “Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün unikal imkan yaranıb. Reallıq ondan ibarətdir ki, artıq Ermənistan əhalisi və bəzi siyasətçiləri ölkənin bütün problemlərini Qarabağ məsələsi ilə bağlayırlar. Ona görə də, onlar qısa müddətdə bu problemdən qurtulmaq və sosial-iqtisadi, siyasi böhrandan xilas olmaq istəyirlər. Həmçinin, ABŞ Senatındakı 907-ci düzəlişlə bağlı dinləmələrlə əlaqədar erməni cəmiyyətinin gözləntiləri də özünü doğrultmadı. ABŞ prezidenti Co Baydenlə görüşdən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərə gəlməsi Ermənistanın ümidlərini tamamilə məhv etdi. Bununla yanaşı, artıq NATO Türkiyənin timsalında regiona daxil olur, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanları tədricən azalır. Erməni toplumu da anlayır ki, rus sülhməramlılarının bölgədən getməsi onları azərbaycanlılarla üz-üzə qoyacaq. Eləcə də, bir neçə ildən sonra Şuşa ilə Xankəndinin inkişaf səviyyəsində ciddi fərqlər aydın görünəcək. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaq. Əhalinin durumundakı fərqlər, ticarət imkanları, iş yerləri Azərbaycanı ermənilər üçün daha cazibədar edəcək. Bütün dünya Azərbaycanı tolerant və multikultural dövlət kimi tanıyır. Bu günə qədər Azərbaycanda etnik və dini zəmində heç bir konflikt olmayıb. Ermənilər də bunu anlamalı və nəhayət ki doğru yolu seçməlidirlər. Yəni, sülh Ermənistanın yeganə çıxış yoludur. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi də bu inteqrasiya üçün əlverişli zəmin yaradır.

Könül Rəhimova Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Tarixə yazılmış qardaşlıq nümunəsi

Qardaşlar can bir qəlbdə yaşayır, bir-birlərinin yaxşı və pis günlərində – hər zaman dəstək olurlar. Qardaşlıq dedikdə isə hər kəsin xatirində Türkiyə və Azərbaycan canlanır. Bu dostluq və qardaşlıq illərin sınağından keçmiş, yan-yana durduqlarını dəfələrlə sübut etmişdir.
Dəfələrlə qarşılıqlı yardımlaşma edən Azərbaycan və Türkiyə qardaşlığı tarixin bir çox sınaqlarından üzüağ çıxmışdı.
İkinci Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədə, torpaqlarımızı geri alarkən mənəvi yanımızda duran, siyasi masalarda yoldaşlığını əsirgəməyən, dəfələrlə açıq-aşkar “Qarabağ Azərbaycandır!” deyən, digər dövlətlər müharibə vaxtı gizləndiyi halda, açıq siyasi tərəfdaşlığını göstərən Türkiyə bir daha yanımızda durduğunu göstərdi. Onun yanımızda durması sayəsində bir çox dövlətlər səslərini kəsərək, heç nəyə müdaxilə edə bilmədilər. Halbuki həmin dövlətlər təcavüz dövründə, açıq şəkildə Ermənistan dövlətinin tərəfində durur, onları haqlı hesab edirdilər. İkinci Qarabağ müharibəsi başlayanda da bu dövlətlər fikirlərindən daşınmır, ölən sivil insanlara rəğmən səslərini çıxarmadılar. Eybi yox, səslərini kəssinlər, bizim tərəfimizdə durmasalar da olar. Biz doğru siyasətimiz, Qardaş Türkiyənin böyük dəstəyi sayəsində qalib gəldik.
Bu qardaşlıqda edilən hər şey haqq, göstərilən hər bir xoş münasibət və dəstək qarşılıqsızdır. Tarix indiyə qədər Türkiyə-Azərbaycan qardaşlığı kimi qardaşlıq görməyib. Digər dövlətlər də sülh içində yaşamaq üçün bu qardaşlıqdan nümunə götürməlidirlər.

Vəfa Xəlilli-Gəncliyə dəstək ictimai birliyin sədri

 

Azərbaycan, Türkiyə Ermənistan arasında münasibətlərin tənzimlənməsinə ABŞ-ın münasibəti

Son illər Azərbaycanın dünya birliyində mövqeləri daha da möhkəmlənmiş, əlaqələri xeyli genişlənmişdir. Hazırda Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Hazırda Azərbaycanla hərtərəfli əməkdaşlığa maraqlı olan dövlətlərin sayı getdikcə artmaqdadır. Belə əlaqələr ölkəmizi dünya birliyinə daha da yaxından tanıdır, mövqelərimizi möhkəmləndirir. Bu baxımdan Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişafı da diqqəti cəlb edir. Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq yüksək səviyyədədir. Siyasi və təhlükəsizlik sahəsi ilə yanaşı, digər sahələrdə də əməkdaşlıq çox müsbət dəyərləndirilir. Beynəlxalq aləmdə güclü təsir imkanlarına malik olan Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində zəruri istiqamətlərdən biridir. Bu iki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Azərbaycanla ABŞ arasında güclü tərəfdaşlıq əlaqələri var və əminik ki, bu iki ölkə arasındakı əməkdaşlıq gələcəkdə daha da genişlənəcək. Bu da öz növbəsində regionun təhlükəsizliyinə töhfə verəcək. Bu gün dünyanın diqqət mərkəzinə çevrilmiş Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın boyük qələbəsi ilə başa çatmasından sonra Azərbaycanın mövqelərinin ABŞ-ın mövqeləri ilə üst-üstə düşməsi də Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsindən xəbər verir.Hazırda iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu da ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da artırmış, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlamasına zəmin yaratmışdır. ABŞ Prezidenti Corc Baydenin “erməni soyqırımını” tanımasına baxmayaraq yeni administrasiyanın Türkiyə və Azərbaycanla münasibətləri yeni inkişaf mərhələsinə keçirmə cəhdləri göz qarşısındadır. Çünki müsəlman aləmində Türkiyə də Amerika üçün ən çox önəm daşıyan dövlətdir. Corc Baydenin 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınmasının “həqiqətlərlə heç bir əlaqəsi olmayan və yalnız siyasi hesablamalara söykənən bir davranış idi.   Belçikanın paytaxtı Brüsseldə təşkil edilən Ərdoğan-Bayden görüşü maraqlı bir görüş idi. Türkiyənin həmişə əsas tələbi suverenliyinə hörmət və tarazlıqlı bir əlaqə olub. Bu səbəbdən önümüzdəki dövrdə bəzi problemlərin yumşaldılması gözlənilir. Türkiyənin yüksələn güc profili və xarici siyasət aktivliyini görmək istəməyən siyasət strategiyası uğursuzluğa məhkumdur. ABŞ bunu görür və anlayır, buna görə də NATO Sammiti Türkiyə-Amerika münasibətlərində yeni bir səhifə açmaq üçün əlverişli imkandır.

Vəfa Bayramova -Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki