image-qanunla-reklam
image-ceyhun-bayramov

Şuşa Bəyannaməsi son dərəcə vacib hadisədir – Bayramov

image-lady-day-az

Şuşa Bəyannaməsinin imzalanması bir tərəfdən gələcək üçün birmənalı olaraq böyük əhəmiyyətə malik, son dərəcə vacib və tarixi hadisədir. Digər tərəfdən, bu, tamamilə təbiidir. Belə ki, ölkələrimiz arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dəstək müttəfiqlik səviyyəsindədir.

Qanunla.Az  xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov CBC telekanalına müsahibəsində deyib.

O bildirib ki, bu bəyannamə çox geniş, çoxistiqamətli, çoxşaxəli bir sənəddir:

“Sənəd inkişaf və bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün çox ciddi əsas yaradır”.

Xatırladaq ki, Ceyhun Bayramov iyunun 18-dən 20-dək davam edəcək Antalya Diplomatiya Forumunda iştirak edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki