image-qanunla-reklam
image-1624101390_brayzayeni

Şuşa Bəyannaməsinin Cənubi Qafqazın təhlükəsizliyində rolu – Brayza detalları açdı

image-lady-day-az

Qanunla.Az ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzanın axar.az-a müsahibəsini təqdim edir:

– Şuşa Bəyannaməsinin yaxın gələcəkdə Cənubi Qafqazın təhlükəsizliyində oynayacağı rolu necə qiymətləndirirsiniz?

– Şuşa Bəyannaməsinin Cənubi Qafqaz regionunun stabillik və təhlükəsizliyinə töhfə verəcəyinə inanıram. Çünki Bəyannamə Azərbaycan və Türkiyənin bir-birinin və regionun bütün dövlətlərinin təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiq olduqlarının açıq göstəricisidir. Bu, Şimali Atlantik Müqaviləsinin 4-cü maddəsinə oxşardır. 4-cü maddədə NATO-ya üzv olan ölkələr üzvlərdən hər hansı birinin təhlükə altında olduğunu bildirdiyi təqdirdə təcili məsləhətləşmələr aparacaqlarına söz veriblər. Türkiyənin Azərbaycanla Bəyannamə imzalaması NATO-nun Azərbaycanın təhlükəsizliyinə zəmanət verdiyi mənasına gəlmir. Ancaq bu, NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyənin Azərbaycanla əməkdaşlığa sadiq olduğunu göstərir. Bəyannamə Cənubi Qafqazın stabilləşməsinə təhdid yarada biləcək qüvvələrə bunun nəticələrinin ağır olacağı mesajını açıq şəkildə bildirir. Stabilləşmə ilə bağlı ikinci pozitiv məsələ isə atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlıdır. Bu, Rusiyanın sülhməramlıları Qarabağda qeyri-stabillik yaratmaq üçün istifadə etmək istəyən dairələrində qeyri-müəyyənlik hissi yaradacaq. Rus sülhməramlıları indiyə qədər peşəkar və köməkçi şəkildə çalışıblar və gərginliyin azaldılmasında iştirak ediblər.

Şuşa Bəyannaməsi Azərbaycan, Türkiyə və Gürcüstan arasında iqtisadi əməkdaşlığı stimullaşdırmaqla Cənubi Qafqazda stabilləşməyə nail olmağa imkan verəcək. Gələcəkdə buna Ermənistanın da qoşulacağına ümid edirəm.

– Bəyannamənin ABŞ və Avropa ilə münasibətlərə təsiri və Gürcüstan və Ermənistanın sənədə reaksiyası haqqında nə deyə bilərsiniz?

– Şuşa Bəyannaməsi Gürcüstana da faydalıdır, çünki Cənubi Qafqazın stabilləşməsinə kömək edəcək. Bu, eyni zamanda transatlantik məkan üçün də səmərəli ola bilər, çünki ABŞ və Avropa müttəfiqlərinin Azərbaycan və Ermənistan arasında yeni müharibə və yaxud Cənubi Qafqazı qeyri-sabit şəkildə görmək marağı yoxdur. Azərbaycan və Türkiyə arasında firavanlıq və stabillik sadəcə bu ölkələrin deyil, transatlantik ölkələrin də marağındadır. Əlbəttə, ermənilər Bəyannamənin onların da maraqlarına xidmət edəcəyini görməyəcəklər. Seçkilərdən sonra siyasi əhval dəyişərsə və mülayim fikirlərin təsiri artarsa, məğlubiyyətin psixoloji şokundan xilas olduqdan sonra Bəyannamənin Azərbaycan, Türkiyə və Gürcüstana olan faydaları Ermənistana da təsir edəcək. Bu, Ermənistan regional iqtisadi əməkdaşlığı qəbul etdikdən sonra baş verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki