Polşada təşkil edilən III Avropa Oyunlarında çıxışını başa vuran taekvondo üzrə Azərbaycan millisi Vətənə qayıdıb.
“Qanunla.az” xəbər verir ki, yığmanı Heydər Əliyev adına beynəlxalq hava limanında federasiya rəhbərliyi, məşqçi-müəllimlər və idmançılar qarşılayıblar.
Qeyd edək ki, əməkdar məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə yarışa qatılan Azərbaycan yığmasının heyətində Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc mükafata sahib olub.