image-qanunla-reklam
image-1629780945_modern-az-24-08-2021-1629779480

“Taliban” ABŞ-ın helikopter və təyyarələrini ələ keçirdi

image-lady-day-az
Taliban” hərəkatı ABŞ-ın bir neçə təyyarəsini, hərbi helikopterini və tank əleyhinə raketini ələ keçirib.
Qanunla.Az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə Pentaqonu ciddi narahat edir.
Məlumata görə, taliblərin əlinə keçən silahın zərərsizləşdirilməsi barədə qərar hələlik qəbul edilməyib.
“Ola bilsin ki, taliblər təyyarə və helikopterlərdən istifadə etməyə çətinlik çəksinlər. Belə ki, onların pilotları yoxdur, texniki xidmət də onlar üçün əlçatan deyil”, – mənbə deyib.
Həmçinin qeyd olunub ki, ABŞ “Taliban” hərəkatının hərbi anbarlarına zərbə endirmək üçün təxliyə prosesinin yekunlaşmasını gözləyir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki