image-970_50
image-5c50f6c6-4e17-3cc9-b24c-f451c252153e_850

“Taliban”: Əfqanıstanda şəriət qaydalarının tətbiqi mütləqdir

image-suni_mayalanma_qiymeti

“Taliban”ın Əfqanıstan ərazisində şəriət qaydalarını tətbiq etməsi ölkənin bütün sakinlərinin qanun qarşısında bərabər olacağını nəzərdə tutur.

Bunu Əfqanıstanın müvəqqəti Nazirlər Kabineti rəhbərinin müavini Əbdül Salam Hənəfi Moskva formatında keçirilən görüşdən sonra bildirib.

“Əfqanıstanda şəriət qanunlarının tətbiqi o deməkdir ki, bizdə korrupsiya olmayacaq və hər kəs qanun qarşısında bərabər olacaq. Qanun, məsələn, çox pulu olanlar üçün istisna olmayacaq. Beləliklə, yoxsulluqla mübarizə aparacağıq. Əfqanıstanda narkotik maddənin olmaması və ölkədə ədalətin hökm sürməsi, dövlətin çiçəklənməsi və inkişaf etməsi üçün çalışırıq”, – “Taliban” nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Moskva formatı 2017-ci ildə Rusiya, Əfqanıstan, Hindistan, İran, Çin və Pakistanın xüsusi nümayəndələrinin altı tərəfli məsləhətləşmə mexanizmi əsasında yaradılıb.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki