image-970_50
image-1633671993_taliblerin-numayendesi-isid-i-bas-arisi-adlandirdi

“Taliban” nümayəndəsi İŞİD-i “baş ağrısı” adlandırdı

image-728_90

Qanunla.Az  xarici mətbuata istinadla xəbər verir ki, Əfqanıstan müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini, Taliban”ın rəsmi nümayəndəsi Zəbihullah Mücahid İŞİD terror qruplaşmasının ölkəni təhdid etmədiyini söyləyib.

 

İŞİD-i təhdid hesab etmirik, baş ağrısı sayırıq”, – deyə TOLO News telekanalı Mücahiddən sitat gətirib.

 

O qeyd edib ki, “baş ağrısı yaradan” hər hadisədən sonra onu törədənlər zərərsizləşdirilir. Bundan əlavə, Mücahid bildirib ki, “Taliban” İŞİD yaraqlılarının sığındıqları yerləri aşkar edib. Taliblərin nümayəndəsi əlavə edib ki, İŞİD Əfqanıstan xalqının dəstəyindən məhrumdur.

 

Xatırladaq ki, avqust ayında İŞİD yaraqlıları Kabil hava limanında terror aktları təşkil edərək 100-dən çox adam öldürmüşdü. Mütəxəssislər onların məqsədinin Əfqanıstanda öz varlıqlarını xatırlatmaq istəyi ilə izah etmişdilər.

 

Sentyabr ayında terrorçular Əfqanıstanın Cəlalabad şəhərində Talibana qarşı hücumlara görə məsuliyyəti öz üzərinə götürmüşdü. Daha əvvəl isə “Talibanın Əfqanıstanın paytaxtındakı Rusiya səfirliyi yaxınlığında İŞİD yaraqlılarını məhv etdiyi bildirilmişdi.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki