image-qanunla-reklam
image-1630759986_taliban-pencsir

“Taliban” Pəncşirin inzibati mərkəzinə hücuma keçdi

image-lady-day-az

Silahlılar daha əvvəl əyalətin yeddi rayonundan dördünə nəzarət etdiklərini bildirmişdilər: Henj, Pariyan, Şotul və Annaba

 

Əfqanıstandakı radikal “Taliban” hərəkatının yaraqlıları şənbə günü nəzarətində olmayan Pəncşir əyalətinin inzibati mərkəzi Bazarak şəhərinə kütləvi hücuma keçiblər. Moderator.az bildirir ki, bu barədə özünü “Əfqanıstandan doğru xəbərlər, analizlər və məlumatlar” verən mənbə kimi təqdim edən və urdu dilində Twitter səhifəsi olan “AfganUrdu” xəbər yayıb.

 

“Hazırda taliblər üç istiqamətdən paytaxt (Pəncşir) Bazaraka hücum edir. “Taliban” Pəncşirdədir və paytaxta doğru irəliləyir”, – deyə xəbərdə bildirilir.

 

Daha əvvəl taliblər əyalətin yeddi rayonundan dördünə nəzarət etdiklərini bildirmişdi: Henj, Pariyan, Şotul və Annaba.

 

Cümə günü “Reuters” agentliyi “Taliban”dakı mənbəyə istinadən radikalların üsyançı əyaləti tam ələ keçirməyi bacardıqlarını bildirmışdi. Bu arada TASS-ın bölgədəki mənbəyi milli müqavimət qüvvələrinin bu məlumatı təkzib etdiyini söylədi.

 

Xatırladaq ki, ABŞ yazda öz ordu qüvvələrini bölgədən çıxarmaq niyyətində olduğunu bəyan etdikdən sonra “Taliban” Əfqanıstanda nəzarəti ələ keçirmək üçün geniş miqyaslı əməliyyata başladı. Avqustun 15-də prezident Əşrəf Qəni istefa verərək ölkəni tərk etdi və “Taliban” qüvvələri döyüşsüz Kabilə daxil oldular.

 

Radikalların gücü ilə razılaşmayan qüvvələr Pəncşirdə səhra komandiri Əhməd Şah Məsudun (1953-2001) oğlu Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət hərəkatı yaratdılar. Özünü dövlət başçısı vəzifəsini icra edən elan edən keçmiş vitse-prezident Əmrullah Saleh hamını Əhməd Məsudu dəstəkləməyə çağırdı.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki