image-qanunla-reklam
image-baba-dereleyezli

Tanınmış müğənni ağır qəza keçirib

image-lady-day-az

Keçən ilin payızına kimi efirlərdə tez-tez görünən, qısa zamanda Azərbaycanda mahnıları ilə geniş tamaşaçı kütləsi toplamağı bacaran Baba Dərələyəzlidən xəbər var.

Qanunla.Az  xəbər verir ki, müğənni gözlənilmədən yatağa düşüb. Bunun səbəbini öyrənmək üçün müğənninin özü ilə əlaqə saxladıq. Baba Dərələyəzli faktı təsdiq edib.

O, yatağa düşmə səbəbi ilə bağlı Milli.az-a bunları deyib:

“Şamaxı yolunda ağır qəza keçirdik. Çox ağır qəza idi, şükürlər olsun ki, sağ qaldıq, ölmədik. Sürücümlə ikimiz idik avtomobildə. Bu gün artıq o qəzadan 47 gün keçir. Hazırda yerimək imkanlarım məhduddur. Biraz daxili orqanlarımda problem oldu, dalağımı çıxartdılar, biraz qaraciyərimdən kəsdilər. O da Allahın köməkliyi ilə bərpa olunar.

Daxili orqanlarım bərpa olunur, amma ayağımda 7 saat çətin əməliyyat keçirilib. Ayağımın daxilində hazırda dəmirlər var, elə bel üstə yatıram ancaq. Həkimlər deyiblər ki, 2 aya yavaş-yavaş ayağımı yerə basıb, ayağa qalxa biləcəm”.

Müğənni keçən il başına gələn iki ağır itkisi barədə də məlumat verib:

“Keçən il iki ayın içində iki cavan qardaşım bir-birinin ardınca dünyasını dəyişdi. Biri məndən 2 yaş balaca idi, o biri də məndən 3 yaş böyük”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki