image-qanunla-reklam
image-1638392721_e193b75a-f504-4ef2-9408-eecb7f3c0e77

Tanınmış sənətçilər yanğından zəhərləndilər – “Öləndə qoy bir yerdə ölək…”

image-lady-day-az
Bu gün paytaxt binalarından birində baş vermiş yanğından əziyyət çəkənlərdən biri də 2 həftə öncə ailə həyatı qurmuş aktyorlar Əmrah Dadaşov və Asya Atakişiyeva Dadaşova cütlüyü olub.
Moderator.az-a açıqlama verən aktyor hadisənin necə baş verdiyini bildirib.
“Mən balkondan baxanda gördüm ki, aşağıda səs-küy var. Biz 13-cü mərtəbə yaşayırıq. Aşağıdan dedilər ki, 15-ci mərtəbədə yanğın var, qaçıb aşağı düşün. Mən də baxdım ki, görüm bəlkə başqa blokdadır? Gördüm ki, yox hamı biz tərəfə yığılıb. Asyaya dedim ki, tez çıxıb qaçaq. Əyin-başımızı geyinib, qapıdan bir addım atandan sonra gördük ki, cəhənnəmdəyik”, – deyə aktyor bildirib.
Əmrah Dadaşov deyir ki, bir anlıq ölümü göz önünə alıb.
“Tüstü-dumandan başqa heç nə görünmürdü, balkon tərəfə çıxa da bilmirdik. Yenidən evə qayıtdım ki, qapını açım, öləndə qoy bir yerdə ölək. Nə qədər etdimsə qapını aça bilmədim. Tüstüdən boğulurduq, nəfəsimizə daxil olmuşdu. 2 dəfə təcili tibbi yardım çağırmışıq, sistem köçürüblər bizə. Hazırda ev şəraitində müalicəmizi davam etdiririk. Asyanın da səhhəti normaldır, yavaş-yavaş yaxşılaşır”, – deyə aktyor bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki