image-qanunla-reklam
image-1721978631_d9f44edf-7544-4d7a-b93d-13814d492e22

Tanınmış vəkillər arasında gərgin məhkəmə prosesi davam edir – Adəm Məmmədovun vəsadəti təmin edilib

image-lady-day-az

Qanunla.Az xəbər verir ki, tanınmış vəkillər Ceyhun Yusifov həmkarı Adəm Məmmədov arasında gərgin məhkəmə çəkişməsi davam edir.

Xüsusi ittiham qaydasında verilmiş şikayətə dünən Nərimanov rayon məhkəməsində davam etdirilib. Xüsusi ittihamçı Ceyhun Yusifov məhkəmə prosesində iştırak etməsə də onun vəkilləri iştırak ediblər.

Vəkillər vəsadət qaldıraraq Adəm Məmmədovun həbsin istəyib amma hakim həbs vəsadətini və digər 7-yə yaxın verilən vəsadətləri təmin etməyib.

Daha sonra Adəm Məmmədov həmkarına qarşı vəsadətlə çıxış edib. O həmkarının cinayət törətmə faktını məhkəməyə təqdim edib məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prakurorluqa sorğu göndərilməsin xahiş edib. Hakim Adəm Məmmədovun vəsadətini təmin edib.

Məlumat üçün bildirək ki, C.Yusifovun həyat yoldaşına ağır xəsarət yetirməsi ilə bağlı Kütləvi İnformasıya Vasitələrində xəbərlər yayılıb. Ceyhun Yusifov yayılan məlumatı təkzib edərək belə bir hadisənin baş vermədiyini bildirir. Məlumatın yayılmasında isə həmkarı Adəm Məmmədov və onu qardaşı Xəyyam Məmmədovu ittiham edir.

“Azərbaycan Reallığı”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki