image-qanunla-reklam
image-375ef842e3b6f4d

“Tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər

image-lady-day-az

“Tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər

Tarixin dərinliklərinə getsək görərik ki, qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradılmışdır. Böyük siyasi dairələrin yaratdığı Ermənistan dövlətini əslində bu türk torpağında yerləşdirmək böyük güclər üçün çox önəmlidir. Türk dünyasının güclənməsini istəməyən böyük qara qüvvələr Ermənistan da daxil olmaqla bütün məkirli niyyətləri ilə zaman-zaman havadarlarının köməkliyindən istifadə edib Azərbaycan türk torpaqlarına qarşı ərazi iddiaları etmişlər. Bu iddiaları kəskinləşdirməklə onlar tarixən Azərbaycana və Türkiyəyə qarşı müharibələr həyata keçirmişlər. Onların türklərə qarşı niyyətləri çox amansız olmuşdur.
Hələ Osmanlı dövründə Anadoluda türklərə qarşı soyqırımlar zamanı kütləvi qəbirlər və cəsədlər üzərində, yəni baş, cənə və digər sümüklərdə güllə izləri, süngü izləri, küt alətlərlə xüsusi amansızlıqla qətillərin şahidi oluruq. 1905-1918-ci illərdə də Azərbaycana qarşı edilən hücumlar zamanı da kütləvi məzarlıqlarda eyni mənzərənin şahidi oluruq. Bu kütləvi məzarlıqlardan Salyanda da tapılmışdır. Həmçinin, Quba şəhərindəki məzarlıqda dərin quyuya doldurulmuş çoxlu sayda cəsədlərin şahidiyik. Bu quyuya doldurulmuş cəsədlər arasında palıd ağacından hazırlanmış taxta onu sübut edir ki, insanlar şəhərdə qətlə yetirilmiş və atarabalarla quyulara doldurulmuşdur. Palıd taxtası isə arabanın yan taxtasıdır ki, cəsədlərin ağırlığı nəticəsində qopub düşmüşdür. Azərbaycan türklərinə qarşı edilən soyqırımlar bununla bitmir. Təkcə 1918-ci il mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. Onların çoxunun meyidləri tapılmayıb.
XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədildi. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdəndir. Aqressiv erməni siyasətinin bariz təcəssümü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili siyasətin təcəssümüdür.
Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Biz “iki dövlət, bir xalq” olaraq Amerika prezidenti Baydenin soyqırımla bağlı çıxışına qarşı çıxırıq. Bu işdə Türkiyənin haqq işinin müdafiəsindəyik! Eyni zamanda Bayden və onun əlaltılarının soyqırım siyasətini yüksək tribunalardan deyil, tarixi arxivlərdən axtarılmasını, arxivlərin açılmasını tələb edirik!
“Hər zaman Azərbaycan xalqı olaraq Qardaş Türkiyənin yanındayıq!”

Fərəcov Nazim Müğdət oğlu,
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki