image-qanunla-reklam
image-fb_img_1633707907390

“TARİXİ QƏHRƏMANLIQ VƏ QÜRUR DOLU 44 GÜN”

image-lady-day-az

“TARİXİ QƏHRƏMANLIQ VƏ QÜRUR DOLU 44 GÜN”

08.10.2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Zərdab və İmişli rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə 2021-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd edilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına əsasən “Tarixi qəhrəmanlıq və qürur dolu 44 gün” mövzusunda onlayn tədbir keçirilib.
Onlayn tədbirdə Zərdab və İmişli rayon Heydər Əliyev Mərkəzlərinin əməkdaşları iştirak edib.
Onlayn tədbiri Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq Tarixi Zəfərlə başa çatan Vətən müharibəsində xalqımızın minlərlə qəhrəman övladının iştirak etdiyini bildirib. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı tanımaq hər birimizin mənəvi borcudur-deyə Könül xanım qeyd edib. Bu gənclər adlarını Azərbaycanın tarixinə əbədi həkk etmiş igidlərdir.
Bu qəhrəmanların xatirəsini ehtiramla yad edərək belə maarifləndirici tədbirləri silsilə olaraq təşkil etməliyik.
Könül xanım çıxışını davam etdirərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. O, müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb.
İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Orxan Umudlu çıxışında 44 günlük müharibədə tarix yazan şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu və göstərdikləri şücaətdən danışıb. Xalqımızın tarixin bu sınağından alnıaçıq, qələbə sevinci ilə çıxmasına səbəb olan əsas amillərdən biri də məhz vətənə sonsuz məhəbbət hissinin sarsılmazlığı idi. Respublikamızın ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə canını fəda edən oğullarımızı anmaq, onları yad etmək hər birimizin mənəvi borcudur.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi Xanım İmanova Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları ilə 44 günlük müharibə nəticəsində xalqımızın qürurunun mənliyinin və şərəfinin özünə qayıtdığını qeyd edib.
İmişli rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Lalə Heydərova çıxış edərək Ali Baş Komandanın başçılığı ilə əldə olunan bu qələbə 30 illik həsrətə, nisgilə, qubar bağlamış könüllərə su səpdi, qəlblərə rahatlıq və hüzur gətirdi-deyə qeyd edib. Vətən müharibəsində tarix yazan Azərbaycan Ordusu apardığı peşəkar əməliyyatlarla dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdırmağı bacardı.
Sonda Lalə xanım torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri ilə fəxr edir, qürur duyuruq-deyərək fikrini tamamladı.

image-fb_img_1633707907390

image-fb_img_1633707910685 image-fb_img_1633707913678 image-fb_img_1633707916755 image-fb_img_1633707920013 image-fb_img_1633707922850 image-fb_img_1633707925554 image-fb_img_1633707929732 image-fb_img_1633707933253 image-fb_img_1633707936668 image-fb_img_1633707939841 image-fb_img_1633707942864


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki