image-qanunla-reklam
image-615d5255af605615d5255af6071633505877e718fe0842dfb93611b3e22de9eb4618

TARİXİN SINAĞINDAN UĞURLA ÇIXMIŞ MÜSTƏQİLLİK!

image-lady-day-az

TARİXİN SINAĞINDAN UĞURLA ÇIXMIŞ MÜSTƏQİLLİK!

Tarix millətləri yoxsa millətlər tarixi formalaşdırar?! Bəzi millətlər tarixin böyük sınaqları ilə  formalaşıb, lakin  Azərbaycan  milləti tarixi dövrlər ərzində tarix formalaşdırıb,tarix yazıb.  Xalqımızın çoxəsirlik mübarizə tarixinin ən şərəfli və müstəsna səhifələrinin yazıldığı XX əsr acıların ,sınaqların və müstəqilliyin carçısı olmuşdur.Taleyinə bir əsrdə iki dəfə müstəqillik qazanmaq nəsib olmuş Azərbaycan xalqı 1918-ci ilin 28 mayında öz müstəqilliyini elan etdi. Cəmi  23 ay  yaşasada  xalqımız azadlığın ən gözəl nemətlərini bu illərdə daddı.Siyasi vəziyyətin gərginləşdiyi həmin illərdə müsəqilliyimizi qoruyub saxlamaq mümkün olmadı. SSRİ-ın tərkibində yaşadığımız onilliklər  millətimizin  şüurundan azadlığın rəsmini silə bilməmişdi. Azərbaycan xalqı xarakteri olan müstəqilliyə yalnız 1991 ci ilin 18 oktyabrında qovuşdu. Ali Sovetin 18 oktyabrdakı qərarı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq Müstəqillik aktını qəbul etdi.  Müstəqilliyimizi qazandığımız ilk illər dövlətimizin dayaqlarının ən zəif olduğu illər idi. Özbaşnalıqlar, siyasi boşluqlar, Qarabağda itirdiyimiz ərazilər, məcuburi  köçkün problemləri müstəqilliyin dayaqlarını zəiflətsədə bu əzmi məhv edə bilmədi. “Müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir” deyən ümummilli lider  Heydər Əliyevin 1993 ilin iyununda hakimiyyətə gəlməsi ilə Azərbaycanın müstəqilliyi daha fərqli bir yola qədəm qoydu. Hələ  Naxçıvanda idarəçiliyə gəldiyi illərdə sabit  dövlətçiyin  tezizislərini  hazırlayan  H.Əliyev  idarəçiliyə  gəldiyi ilk illərdə  dövlətin dayaqlarını  möhkəmləndirmək  üçün əməli tədbirlərə  başladı. Dağılmış  iqtisadiyyatı bərpa etmək, ordu quruculuğu həyata keçirmək, dövlətin nüfuzunu  formalaşdırmaq qarşıda duran əsas məsələlər idi. Onun hakimiyyəti illərində  müsəqilliyin  əsası  olan inkişaf və çiçəklənmə həyata keçirildi. İnkişafa  baxmayaraq hələdə qanayan yara olan Qarabağ problemi dövlətçiliyimizə ciddi təsir edirdi. Nəhayət İlham Əliyevin rəhbərliyi ilə  2020 ci ildə güclü azərbaycan ordusu 44 günlük Vətən müharibəsi ilə  itirilmiş torpaqlarımızı  geri  qaytardı. Böyük itkilərlə qazanlan vətən müharibəsi müstəqilliyimizin 30 illik tarixinə ən böyük tövhə idi. İndin xalqımız müstəqilliyin  müstəqilliyin  bərpası gününü ayrı sevinc və həyacan içərisində qarşılayır. Müstəqilliyimizin  30-cu  ili indiyə qədərki ən gözəl azadlıq günü olacaq. Çünkü bu il Qarabağa qayıdışında ilk ilidir!

Mirzəyeva Bəyaz.
Saatlı rayon Kamallı kənd ümumi orta məktəbin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki