Tarixini, keçmişini yaşatmağı bacaran xalqlar tarix səhnəsindən heç vaxt silinmirlər
Bu gün Azərbaycan və Türkiyə bölgədə və dünyada ən yaxın dost, qardaş, sirdaş, strateji müttəfiqdir. Türkiyənin marağı Azərbaycanın marağıdır, Azərbaycanın marağı Türkiyənin marağıdır. Bu gün hər iki ölkə həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan ilə Türkiyə əl-ələ verməmiş olsun. Bu gün ölkələrimizdə, bölgədə və dünyada baş verən hər bir hadisə, meydana gələn hər bir gəlişmə istər Türkiyə, istər Azərbaycan üçün eyni dərəcədə əhəmiyyətlidir.
Hər iki ölkənin prezidentlərinin – Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkələrimiz açısından qarşılıqlı olaraq sərgilədikləri mövqe qürur qaynağımızdır. Türkiyə Ermənistana sərhədlərini açacaq şəklində dolaşan həyəcanlı xəbərlərin bir neçə il öncə ruhumuzu didib parçaladığı bir zamanda Başbakan olan cənab Ərdoğan Azərbaycana səfər etdi, Azərbaycan Parlamentinə gəldi və bizlər – Azərbaycanlı millət vəkilləri önündə çıxışına bu ifadələrlə başladı: “Can kardeşlerim! Türkiyenin Karabağdan vazgeçmesi gibi bir ifadenin talaffuz edilmesi bile bize büyük bir iftiradır, hakarettir. Bu iftiranı bir daha huzurunuzda açık şekilde reddediyorum. Türkiye-Ermenistan sınırı nə zaman kapandı? O zaman ki, Dağlık Karabağ tamamen Ermenistanın işgali altına düştü. Bundan sonra kapılar kapatılmıştır. Bu işgal ortadan kalktığı zaman da kapılar açılacak”. Sayın Ərdoğan sözünü bu şəkildə tamamladı: “Konuşmamda kullandığım kardeş ifadesinin altını bir az çizmek istiyorum. Dikkat edin, uluslararası ilişkilerde kardeşlik ifadesine yer yoktur. Bu tabir sadece bizim aramızda vardır. Biz her zaman isteriz ki, Azerbaycan türkü ülkemizin varlığına güvenebilsin. Bu anlamda iki kardeş ülke olarak üzerimize düşen vazife görüşmelerimizi yakından sürdürmek dosta, düşmana karşı birlik olduğumuz mesajını güclü şekilde vermek, ülkelerimizi zayıflatabilecek faaliyyetlere parlamentolarımızda – iktidarı-muhalefetiyle birlikte – izin vermemektir”.
İki Prezidentin Azərbaycan-Türkiyə əlaqələrinin dünənini, bu gününü və gələcəyini ehtiva edən çoxsaylı çıxışlarının, sadəcə, ikisindən gətirdiyimiz bu kiçik iki örnək, bizcə, birliyin və bərabərliyin izaha ehtiyacı olmayan ən üstün nümunəsi, dostluğun və qardaşlığın ən yüksək zirvəsidir.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Cənab Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir
1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu, dünya azərbaycanlılarının birliyi dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ümummilli Lider xarici ölkələrə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən orada yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün tövsiyələr verirdi.
Ulu öndər Heydər Əliyev ayrı-ayrı ölkələrdə Azərbaycan cəmiyyətlərinin yaradılmasına nail olduqdan sonra onların vahid mərkəzdən idarə olunması üçün Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış edərək 2001-ci il noyabrın 9-10-da Bakıda bu tarixi hadisə reallaşdı. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.
Son 19 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Bu illər ərzində Dünya Azərbaycanlılarının qurultayları hər beş ildən bir keçirilərək Azərbaycanın qazandığı uğurların, həqiqətlərimizin təbliğinə böyük töhfələr verdi. Dünya azərbaycanlılarının birliyi daha da möhkəmlənərək 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillər sırasında xüsusi yer tutdu. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu. Güclü, qüdrətli, qalib Azərbaycan dünya azərbaycanlılarının qürur mənbəyidir.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Dünya azərbaycanlıları böyük qüvvədir
Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Dövlət başçısı İlham Əliyev bu ilin aprel ayında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında – Zəfər Qurultayında bu fikirlərinin davamı olaraq belə bir çağırışı da səsləndirdi ki, əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər: «Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir.»
Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da diqqətə çatdırır ki, xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Azərbaycan dövləti olaraq öz fəaliyyətimizdə həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir.
Keçilən yola qısa nəzər salaq. Azərbaycanın dövlət müstəqilliyinin qarantı, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində atdığı addımlar davamlı olub. Bu hərəkatın tarixinə nəzər salınsa 50 milyonluq xalqımızın milli birlik və həmrəylik rəmzi olan təşkilatlanma təşəbbüsünün müəllifinin ulu öndər Heydər Əliyevin olduğunu böyük əminliklə qeyd edirik.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc
Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tarixdə görünməmiş dərəcədə fəallıq göstərdi, daha sıx birləşdilər
Naxçıvan MR Ali Məclisinin 16 dekabr 1991-ci ildə keçirilən sessiyasında qəbul olunan qərarın birinci bəndində qeyd edilmiş «31 dekabr Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin» sözləri ilə türk birliyinin, disapor hərəkatının təməli qoyuldu. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra da azərbaycançılıq ideyasının möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirən Ulu Öndərin təşəbbüsü ilə 9-10 noyabr 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı müxtəlif ölkələrdə məskunlaşan soydaşlarımızın Vətənə məhəbbət duyğularını birləşdirdi. «Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli- mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir- ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənəmizdir» söyləyən, qurultayda Azərbaycanın 50 milyonluq bir xalqın Vətəni olduğunu bildirən Ulu Öndər ən böyük azərbaycanlı missiyasını yerinə yetirdiyini Vətəninə, xalqına sonsuz məhəbbəti ilə bildirirdi.
Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Belə ki, Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tarixdə görünməmiş dərəcədə fəallıq göstərdi, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Dünya Azərbaycanlılarının həmrəyliyi daimidir, əbədidir
Azərbaycana, el-obaya məhəbbət, milli birlik milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız üçün ən mühüm bayramdır. Əsası Azərbaycan xalqınının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün azərbaycanlılar üçün əzizdir. Ulu Öndərin siyasi hakimiyyətinin Naxçıvan mərhələsində milli mənlik, milli kimlik tariximizdə atdığı cəsarətli addımlar içərisində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsinin əhəmiyyətli yeri var.
Hər zaman müstəqil Azərbaycan dövlətinin əsas ideyasının azərbaycançılıq olduğunu qətiyyətlə müdafiə edən Ulu Öndər Heydər Əliyev Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətimizdə həmrəyliyə nail olmağı bacardı. Məhz dahi şəxsiyyətin millətindən, dinindən, dilindən asılı olmayaraq kökləri ilə Azərbaycana bağlı olan, özünü azərbaycanlı sayan hər kəsi vahid ideya ətrafında birləşdirdi, milli həmrəyliyimizlə bağlı düzgün konsepsiya yaratdı.
Dünya azərbaycanlıları üçün sarsılmaz ideoloji bünövrə yaradan, dünyanın harasında yaşamasından asılı olmayaraq ümummilli mənafeyimizə xidmət edəcək mənəvi öhdəlikləri dəqiq müəyyənləşdirən Ulu Öndər həmvətənlərimizi daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa çağırırdı. “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər”- deyə Ulu Öndər qeyd edirdi.
“Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”. Azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, hər zaman bunu iftixarla söyləmiş milli qürur mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevin bu sözləri hər bir azərbaycanlının milli birliyə, vahid ideya ətrafında birləşməsinə çağırış idi.
Dahi şəxsiyyət Heydər Əliyevin uğurlu təməlini qoyduğu azərbaycançılıq ideyası, milli birlik və bərabərliyimiz ölkə Prezidenti cənab İlham Əliyevin dəqiq müəyyənləşdirdiyi strategiya üzrə inkişaf edib. Milli həmrəyliyimizin nümayişini 44 günlük Vətən müharibəsində əyani şəkildə gördük. Azərbaycanın Zəfəri ilə bitən, milli həmrəyliyimizin təntənəsinə çevrilən Vətən müharibəsində dünya azərbaycanlıları bir amal ətrafında tarixin heç bir dönəmində olmadığı kimi birləşdi, həmrəy oldu. Xüsusilə də soydaşlarımız beynəlxalq aləmə səsimizi çatdırmaq üçün informasiya müharibəsində mühüm xidmət göstərdilər. Azərbaycan xalqının milli birliyi sayəsində işğalçı Ermənistan məğlubiyyətə uğradı, işğal altında qalan torpaqlarımız azad edildi, ölkə Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində mənfur düşmən kapitulyasiya bəyanatına imza atmağa məcbur edildi.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru