image-qanunla-reklam
image-1652768043-1649782547_xestexana-3

Taxıl sahəsində oynayan 3 yaşlı uşağı ilan sancdı

image-lady-day-az

Ağdaş rayonunda 3 yaşlı uşağı ilan sancıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

O qeyd edib ki, hadisə rayon ərazisindəki taxıl sahələrinin birində baş verib. 2019-cu il təvəllüdlü Emin Niftəliyev bacısı ilə taxıl sahəsində oynayarkən onu qəfil ilan sancıb.

3 yaşlı körpə valideynlərinin köməyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına, oradan isə ağır vəziyyətdə Bakıya Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində uşağın həyatı xilas edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki