“Taxıl sazişi”nin müddəti uzadılır.
“Qanunla.az” xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov deyib.
Onun sözlərinə görə, “Taxıl sazişi”nin müddəti daha 120 gün uzadılacaq.
“Ukrayna Prezidenti Vladimir Zelenski, BMT Baş katibi Antonio Qutierreş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin müdafiə naziri Hulusi Akar birlikdə ərzaq böhranına qarşı qlobal mübarizədə başqa bir vacib addım atdılar. Təşəbbüsün müddətini 1 il daha uzatmaq və Nikolayev limanını da bura daxil etmək təklifi ilə tərəfdaşlara rəsmi müraciət etdik. Birgə Koordinasiya Mərkəzinin səmərəli fəaliyyətini təmin etmək də vacibdir. Mövcud problemlərin həlli ilə bağlı təkliflərimizi veririk”, nazir deyib.
Qeyd edək ki, “Taxıl sazişi”nin müddəti noyabrın 19-da bitir.