image-qanunla-reklam
image-tayvan_zelzele

Tayvanda 7,7 bal gücündə zəlzələ: ölənlərin sayı artdı

image-lady-day-az

Tayvan yaxınlığında 7,7 bal gücündə zəlzələ baş verib.

Qanunla.az xəbər verir ki, bu barədə “Röyters“ məlumat yayıb.

Hadisə nəticəsində azı 4 nəfər ölüb, 97 nəfər isə yaralanıb.

Bildirilib ki, zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib. Bundan sonra hündürlüyü 3 metrə çatan sunami təhlükəsi elan edilib.

Bunun son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələ olduğu vurğulanıb.

Birinci zəlzələdən dərhal sonra 6,6 bal gücündə ikinci zəlzələ baş verib.

Daha sonra Tayvanın şərqində maqnitudası 5,4-ə qədər olan daha 4 zəlzələ qeydə alınıb.

Okinava adasının Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, maqnitudası 6,5-ə çatan 40-a yaxın afterşok baş verib.

İlk yeraltı təkanlardan təxminən 15 dəqiqə sonra NHK telekanalı sunaminin Tayvan sahillərindəki Yonaquni adasına çatdığını bildirib. Tayvanın Hualien şəhərində isə bir neçə bina dağılıb, 87 mindən çox ev işıqsız qalıb, Quançjouda qatarların hərəkəti dayandırılıb.

Yapon meteoroloqlar daha sonra sunaminin İşigaki adasının sahillərinə çatdığını vurğulayıblar.

***

Tayvanın şərq sahillərində baş verən zəlzələ nəticəsində 700-dən çox insan xəsarət alıb.

Bu barədə “Röyters” ölkə hökumətinə istinadən məlumat yayıb.

***

Tayvanın şərq sahillərində baş verən güclü zəlzələdə ölənlərin sayı 7 nəfərə çatıb.

Bu barədə Tayvan mediası məlumat yayıb.

Yeraltı təkanlar zamanı 736 nəfərin yaralandığı bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki