image-qanunla-reklam
image-c09f2c3f-da23-3c28-912a-273add1e104e_850

TƏBİB: “Hər bir xəstəxanada antibiotik komitəsi qurulmalıdır”

image-lady-day-az

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xəstəxanalarda tətbiq edilməli olan antibiotik siyasətini açıqlayıb.

TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev hər yerdə və mümkün olduqda daha ucuz dərman vasitələrindən istifadə etməklə resurslardan daha yaxşı istifadə etməyin vacibliyinə toxunub.

O qeyd edib ki, antibiotiklərə davamlı bakteriyaların yaranması və yayılmasının qarşısını almaq, həkimlərə dərman vasitələrinin düzgün istifadəsi ilə bağlı təlimlər keçmək, lazımsız və ya effektiv olmayan antibiotiklərin istifadəsini aradan qaldırmaq və bahalı, yaxud lüzumsuz olaarq güclü antibiotiklərin istifadəsini məhdudlaşdırmaq həmin siyasətlərin siyahısında olmalıdır.

Departament rəhbəri əlavə edib ki, hər bir xəstəxanada antibiotik komitəsi qurulmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki