image-qanunla-reklam
image-1655966658-agac-kesmek

Təbiətə 38 min manatdan çox ziyan vuruldu

image-lady-day-az

Zaqatala rayonu, Dardoqqaz kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş məlumat Zaqatala rayon prokurorluğunda araşdırma aparılıb.

Zaqatala rayon prokurorluğundan “Qanunla.az”a verilən məlumata görə, araşdırmalarla qeyd edilən kəndin ərazisindən keçən Tala çayının mühafizə zolağında ümumilikdə 40 ədəd müxtəlif cins və diametrli ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 38 min 550 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis İdarəsinin İstintaq Bölməsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki