image-qanunla-reklam
image-256611_4qg9gaur0d

Təcrübəli neft-qaz mütəxəssisindən növbəti təklif

image-lady-day-az

Neft-qaz sahəsi üzrə təcrübəli mütəxəssis, bu sektorda 50 ilə yaxın iş stajı olan Aydın Amanov ölkəmizdə qaz sənayesinin daha da təkminləşdirilməsi ilə bağlı növbəti təkliflə çıxış edib.

Azərbaycanın təbii qaz ehtiyatlarının həm öz ölkəmizə, həm də bizimlə əməkdaşlıq edən ölkələrə azı 100 il kifayət edəcəyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi fikirləri xatırladan neft-qaz sahəsi üzrə mütəxəssis Aydın Amanov bildirib ki, Avropa Komissiyası ilə razılaşmaya əsasən, 2022-ci ildən başlayaraq 5 il ərzində xaricə nəql olunacaq qazın həcminin iki dəfə və ya 26 mlrd. kubmetrə qədər artırılması nəzərdə tutulub: “Tutulmuş proqrama əsasən, xaricə nəql ediləcək əlavə qazın həcminin “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və yeni açılmış “Abşeron” yataqlarının hesabına artırılması nəzərdə tutulub. Laboratoriya təhlili göstərir ki ki, “Azəri-Çıraq-Günəşli” yatağından əldə edilən təbii qaz digər yataqlardan emal zavoduna nəql olunan qazla müqayisədə ağır karbohidrogen (C3-C5) fraksiaları ilə 3-4 dəfə zəngindir. 2008-ci ildə Azərbaycan Qaz Emal Zavodunda təxminən 3-4 ay ərzində bəzi texniki-texnoloji işlər aparılmaqla Sənqəçal Baş Qurgularından həmin zavoda “Azəri-Çıraq-Günəşli” yatağından gün ərzində 3-4 mln. kubmetr qaz emala verilmişdi. Onu da qeyd edim ki, hər 1000 kubmetr qazdan 60-70 kiloqram ağır fraksiya məhsul alınırdı. Halbuki ondan əvvəl bu rəqəm 20-30 kiloqram idı. İlkin hesabatlara əsasən, alınan ağır karbohidrogen (C3-C5) fraksiyaların ildə əlavə 50 min tona qədər artırmaq, 15-20 mln. manat mənfəət əldə etmək olar”.

Bu deyilənləri nəzərə alaraq A.Amanov bir sıra addımların atılmasını məqsədəuyğun saydığını bildirib: “Birinci mərhələdə Sənqacal terminalından qəbul edilmiş “Azəri-Çıraq-Günəşli” qazının bir hissəsini Qaradağ qaz paylama məntəqəsinin ərazisində müvafiq texniki-texnoloyi dəyişiklər aparılmaqla emala istiqamətləndirilməsini, digər tərəfdən daxili qaz nəqli sistemində Sənqacal terminalının, yaxud da Yeraltı qaz saxlama anbarların ərazisində mühafizə zonalarını qorumaq şərti ilə kiçik həcmli (3-4 mln.kubmetr/gün) MODUL tipli emal qurğularının quraşdirilmasını təmin etmək lazımdır. İkinci mərhələdə respublikamızın Avropanın qaz təchizatında etibarlı tərəfdaş olması baxımından və əməkdaşlıq cərcivəsində yüksək təzyiqli magistral qaz xətlərinin ayrılmaz hissəsi sayılan yeraltı qaz saxlama anbarları ərazisində Konteyer Bloklu (böyük həcmli) emal qurğuların təşkili məqsədilə dünyada tanınan və Azərbaycanla əməkdaşlıq edən nüfuzlu şirkətlərlə (məsələn, neft-qaz sahəsində ən nüfuzlu şirkət olan CAMERON şirkəti)  görülən işlərə emal qurğuların yerli lokasion çərcivəsində işbirliyinə ehtiyac var.

Fikrimcə, ölkəmizdə qaz hasilatı, emalı və nəqli prosesinin, mövcud qaz cihazlarından və digər avadanlıqlardan  istifadənin mövcud infrastrukturunun təhlilini aparmaqla və ən son emal texnologiyalarından bəhrələnməklə geri qaytarılan bu investisiyalara xüsusi diqqət yetirilməsi qısa müddətdə Azərbaycan iqtisadiyyatına xeyir verə, büdcəyə əlavə gəlirlər gətirə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki