image-qanunla-reklam
image-244968539_1309743166143660_8954241460679821975_n

Təhdidlərin qarşısını almaq Azərbaycanın legitim hüququdur

image-lady-day-az
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfərindən sonra həmin torpaqlarda erməni vandalizminin izləri silinir, tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastruktur layihələri reallaşdırılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bir sözlə Qarabağımıza yeni nəfəs gəlir. 4 oktyabr 2021-ci il tarixində Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı da görülən quruculuq bərpa işlərindən bəhs edilmiş, 44 günlük Vətən müharibəsinin şanlı qələbəsindən söz açılmışdır.
Bu gün Cəbrayılda gedən bərpa-quruculuq işlərinin sürəti ən qısa zaman ərzində cəbrayıllıların öz doğma yurdlarına qayıdacaqlarından xəbər verir: “Ölkə Prezidenti cənab İlham Əliyevin Cəbrayıla səfəri zamanı daha bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşasından sonra bir çox sosial-iqtisadi məsələlər öz həllini tapacaq. İlk növbədə, təhlükəsizliklə bağlı tədbirlər. Oktyabrın 4-də möhtərəm Prezidentimiz Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışını etdi. Orada nümayiş etdirilən ən müasir silahlar, sursatlar bizim sərhədlərimizi möhkəm, lazımi səviyyədə qorumaq üçün geniş imkanlar yaradır. Həmçinin Prezidenti səfəri çərçivəsində iqtisadi fəallıq üçün önəmli addımlar atıldı. “Araz Vadisi İqtisadi Zonası”nın təməli qoyuldu. Bu, 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar da müəyyən olundu. Oktyabrın 4-də “KamAZ” şirkətinin vitse-prezidenti və Rusiyanın Tatarıstan Respublikasının Baş nazirinin müavini xüsusi olaraq Azərbaycana gəlib və dövlətimizin başçısı ilə bərabər “KamAZ” regional xidmət mərkəzinin açılışında iştirak etmişlər. Bu da çox önəmli hadisədir. Artıq Rusiya şirkətləri də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Türkiyə şirkətləri də Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoyurlar. Eyni zamanda, sosial obyektlərin təməli qoyuldu. Xəstəxana, məktəb, digər sosial obyektlər buraya insanların qayıdışı üçün zəruri olan əsas şərtlərdir. Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işlərin görülüb.
Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan müharibəni Zəfərlə bitirdi və indi sülh dövrünü də zəfərlə başlayıb, zəfərlə başa vuracaq.”
Xəzər Abuşov,
Sabirabad rayonu Yolçubəyli bələdiyyəsinin sədri
Səmil Şahlaroğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki