image-970_50
image-856874

Tehran Mənsimov barəsində yayılan xəbəri təkzib etdi: “Mənə avtomobil bağışlanmayıb…”

image-728_90
Bu gün mətbuatda dərc olunan məlumata görə Baş nazir Əli Əsədov Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimova lüks avtomobil hədiyyə edib.
Məlumata deyilirdi ki, Ə.Əsədov T.Mənsimova son model “Lexsus” markalı bahalı maşın bağışlayıb. Baş nazir bu addımı T.Mənsimovun İkinci Qarabağ döyüşlərində göstərdiyi şücaətinə görə atıb.
Tehran Mənsimov bildirib ki, yayılan məlumatın heç bir əsası yoxdur və ona hansısa avtomobil bağışlanmayıb:
“Bu məlumatı hardan alıblar bilmirəm. Amma onu bilirəm ki, belə bir yalanla haqqımda olmayan bir informasiya yaymaqla məni çox ciddi rahatsız etmiş oldular. Biz Vətən yoldunda bir əsgər olaraq, bir döyüşçü olaraq borcumuzu yerinə yetirmişik. Bu hər bir Azərbaycan oğlunun, Azərbaycan əsgərinin müqəddəs borcudur. Ona görə də belə xəbərlərlə adımızın hallanması doğru deyil. Ən azından sizin kimi zəng edib məlumatın doğru olub-olmadığını öyrənə bilərdilər. Çox təssüflər olsun, yalan və həqiqət olmayan bir xəbər yayıblar”.
image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki