Cümə günü axşam saatlarında Təl-Əviv sahilində törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
“Qanunla.az” xəbər verir ki, məlumata görə, terrorçu idarə etdiyi avtomobillə bir neçə piyadanı vurub.
Daha sonra o, maşından düşərək, ətrafdakılara atəş açıb. Polis əməkdaşları onu zərərsizləşdirib. Təl-Əviv sahilinə çoxlu sayda polis və təcili yardım maşınları toplaşıb.