Braziliyada vanna qəbul etdikdən sonra telefonunu enerji ilə doldurmağa çalışan 9 aylıq hamilə qadını elektrik cərəyanı vurub.
“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində hamilə qadın dünyasını dəyişib.
Həyat yoldaşı xanımını xilas etməyə çalışsa da onu da elektrik cərəyanı vurub. Hadisə yerinə tibbi briqada və polis cəlb olunub.