image-970_50
image-r-rir-s-s-r-s-rieryorn-rir-s-r-s-rir-s-ris-s-r-r-r-s-rn-100-rr-s-ryos-r-ries-r-s-r-r-r-r-rs-rgryor-r

Telman İsmayılovun Rusiyaya ekstradisiyasına hazırlıq gedir

image-728_90

Rusiya Federasiyası Baş Prokurorluğu Azərbaycan əsilli biznesmen Telman İsmayılovu cinayət məsuliyyətinə cəlb etmək üçün ekstradisiya prosesi ilə bağlı sorğu hazırlamağa başlayıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Rusiya Federasiyası Baş Prokurorluğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada Monteneqronun səlahiyyətli orqanları ilə qarşılıqlı rabitədədir.

Qeyd edək ki, “Çerkizovski” bazarının keçmiş direktoru iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur. İsmayılova 11 noyabr 2017-ci ildə ittiham irəli sürülüb. Azərbaycanlı iş adamının axtarışı “İnterpol” vasitəsilə həyata keçirilib.

Oktyabrın 2-də isə Rusiyanın ən varlı iş adamları siyahısında olan Telman İsmayılov Monteneqroda saxlanılıb və barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki