Ali Məhkəmənin Plenumunda Azərbaycan Respublikası Baş prokurorunun “Tərtər işi” ilə bağlı ərizəsi təmin olunub.
“Qanunla.az” xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məhkəmənin qərarı ilə 18 nəfər barəsində iki cinayət işi üzrə son kassasiya qərarı ləğv edilib: “İşə yenidən baxılmasını üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib”.