image-qanunla-reklam
image-fotojet-2021-11-23t122114-774

Tibb xidməti rəisi koronavirusa yoluxma zamanı antibiotiklərin istifadəsindən DANIŞDI

image-lady-day-az

 

“COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində biz antibiotiklərdən istifadə zamanı yaranan çətinlikləri müşahidə etdik”.

Bu fikirləri Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi tibb xidməti generalı Rəfail Mehdiyev “Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsi”nə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün həkimlərin antibiotiklərdən istifadə mövzusunda maarifləndirilməsi məsələsinə də diqqət ayrılmalıdır:

“Hər bir həkim öz sahəsində, təcrübəsində bu məqamlara diqqət etməlidir. Xüsusilə də bu gün apteklərdə antibiotiklərin əlçatanlığı məsələsinə də toxunulmalıdır deyə düşünürəm. Eyni zamanda bu da həqiqətdir ki, biz bu gün antibiotiksiz də qala bilmərik. Lakin bunların hər birinin lazımı səviyyədə saxlanılması, istifadəsi qaydalarını bilmək önəmlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki