image-qanunla-reklam
image-tiflis-aksiya

Tiflisdə parlament qarşısında aksiya: Meliya planını açıqladı

image-lady-day-az

Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının üzvləri Tiflisdə Ədliyyə Nazirliyinin binası qarşısında aksiya keçirirlər.

Qanunla.Az  xəbər verir ki, aksiya iştirakçıları keçmiş prezident Mixail Saakaşvilinin azad edilməsini, mülki xəstəxanaya köçürülməsini və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

Aksiya iştirakçıları, o cümlədən VMHP sədri Nika Meliya hökumət administrasiyası tərəfindən Ədliyyə Nazirliyinə doğru hərəkət edərək, bütün gecəni orada etiraz ediblər.

“Hər gün müxtəlif yerlərdə, müxtəlif nazirliklərin qarşısında aksiyalar keçiriləcək. Mixail Saakaşvilininin təhlükəsizliyi təmin olunmayana kimi hərəkət, hərəkət!”, – Meliya bildirib.

Müxalifət liderləri ədliyyə naziri Rati Breqadze ilə görüş tələb edərək, Saakaşvilinin türmə xəstəxanasındakı vəziyyətini məhz ondan öyrənmək istədiklərini deyiblər.

Nazirliyin girişinə əlavə polis qüvvələri gətirilib.

***

Gürcüstanın paytaxtı Tiflisdə parlament binası qarşısında müxalifət partiyalarının mitinqi başlayıb.

Aksiyaçılar eks-prezident Mixail Saakaşvilinin azad olunmasını tələb edirlər.

Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın yaxın dəqiqələrdə ictimaiyyətə mitinqin konkret planı və təfərrüatı barədə açıqlama verəcəyi gözlənilir.

***

VMHP-nin parlament binası önündə aksiyası baş tutub.

Aksiyada çıxış edən partiya sədri Nika Meliya qarşıdakı günlər üçün planlarını açıqlayıb.

Onun sözlərinə görə, aksiyalar sabah saat 11:00-dan etibarən, üç fərqli ərazidə – Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və DTX binası qarşısında davam etdiriləcək.

Meliya bildirib ki, daha bir konkret ərazidə aksiya planlaşdırılır, ancaq həmin ərazinin adı sabah açıqlanacaq.

Müxalif lider qeyd edib ki, aksiyalar eks-prezident Mixail Saakaşvili azad olunanadək davam edəcək.

O, sonda qeyd edib ki, gecəni parlament binası qarşısında keçirərək enerji sərf etməyə ehtiyac yoxdur və sabahdan bir neçə istiqamətdə mübarizəyə davam edəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki