image-qanunla-reklam
image-1688109642-85424756-3fc2-3587-b4c0-ffbb1efb4876_850

Tikinti şirkətləri ağacları kəsdilər, prokurorluğa müraciət olundu

image-lady-day-az

Bakının bir sıra rayonlarında ağacları qanunsuz kəsildiyi müəyyən edilib.

Bu barədə “Qanunla.az”a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov və Qaradağ rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xətai rayonu, Nəsirəddin Tusi küçəsində “Hayat Residence” MMC, Nəsimi rayonu ərazisində “İnvest M. Construction” MMC, Nərimanov rayonu, Heydər Əliyev prospektində “FMG” MMC, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində “Ailə Park” QSC, Qaradağ rayonu, Lökbatan qəsəbəsində isə vətəndaş Tahir Osmanov tərəfindən kəsildiyi məlum olub.

Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki