image-qanunla-reklam
image-tokio

Tokioya yarışa gedən afrikalı itkin düşdü

image-lady-day-az

Tokio Olimpiadasında iştirak etmək üçün Yaponiyaya gələn və təlim düşərgəsində itkin düşən uqandalı ağır atlet Culius Sekitoleko mühafizə qüvvələri tərəfindən Mie əyalətində tapılıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Bildirilib ki, afrikalı atlet Yaponiyada işləmək məqsədilə əvvəlcədən tanış olduğu bir uqandalı ilə birgə Gifu vilayətinə gedib. Sonra Mie vilayətinin Yokkaiçi mahalında bir polis məmuru tərəfindən nəzarətə götürülüb.

Uqandanın Tokiodakı səfirliyi Sekitolekonun dərhal məşqçisi ilə ölkəsinə göndəriləcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki