image-qanunla-reklam
image-shusha-yeni-1

Torpaqları çoxdan qaytarmalı idik – Şahnazaryan

image-lady-day-az

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın dediyinə əsasən, guya onun sələfləri Ermənistan adlanan müstəqil dövləti məhv ediblər. Bu, əlbəttə ki, yalandır. Ermənilərin heç vaxt müstəqil və özünü tanıyan dövləti olmayıb.

Qanunla.Az  xəbər verir ki, bu barədə erməni politoloqu Qrant Məlik-Şahnazaryan öz Feysbuk səhifəsində yazıb.

“Ter-Petrosyan erməni dövlətinin dağıdıldığını söyləyərkən yalanlar uydurur. Belə şey yox idi. Ermənistan həmişə asılı bir dövlət olub. Bizim heç vaxt müstəqil dövlətimiz olmayıb – nə yaxşı, nə də pis mənada”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bu gün Ermənistanda çoxları əmindir ki, ermənilər Qarabağ torpaqlarını Azərbaycana çoxdan qaytarmalı idilər:

“Hətta mənə yaxın adamlar da deyirlər ki, biz bu torpaqları Azərbaycana qaytarmağa məcbur idik”, – deyə Məlik-Şahnazaryan yazır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki