image-2000_150
image-970_50
image-f3355bf6-8a3a-47cd-b840-28e39ddd6d94backend

TORPAQLARIMIZIN BƏRPASI PRİORİTET VƏZİFƏDİR

image-728_90

Son günlərin ən əhəmiyyətli hadisəsi ölkə başçısı cənab  İlham Əliyevin,
Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birgə
işğaldan azad olunmuş Şuşa rayonuna səfəridir. Səfər bir çox əhəmiyyətli
məqamlarla yadda qalan oldu.  Bu, adi bir səfər deyildi və dövlət başçısı işğaldan
azad olunmuş torpaqlardan kifayət qədər ciddi mesajlar verdi.
Biz yaxşı bilirik ki, 1990-сı illərin əvvəlləri Azərbaycan tarixinin ən ağrılı
səhifələri olan birinci Qarabağ müharibəsi bizim üçün çoxlu qurbanlarla, itkilərlə
həyatımıza yazılsa da, 2020-ci ilin sonları tariximizə qızıl hərflərlə həkk olunmuş,
44 günlük ikinci Qarabağ müharibəsində tarixi qələbəmizlə, torpaqlarımızın azad
olunması ilə başa çatmışdır. Möhtərəm Prezidentimiz, şanlı ordumuzun Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın yaratdığı Dağlıq Qarabağ
münaqişəsi tarixə çevrildi.
Şuşaya növbəti səfərin ilk əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan
Prezidenti ölkə vətəndaşlarına, dədə-baba yurdlarından didərgin düşən yüz
minlərlə insana bölgədə yaranmış vəziyyətlə bağlı məlumat verdi, görülən və
görüləcək işlərdən söhbət açdı, hansı yeniliklərin həyata keçiriləcəyindən danışdı.
Səfər boyu işğaldan azad olunan kəndlər barədə məlumat verən dövlət başçışı
bildirdi ki, məhz Şuşada mühüm layihələr həyata keçiriləcək.
Cənab Prezidentin işğaldan azad olunmuş torpaqlarımıza səfəri zamanı qeyd
etdiyi kimi, geri qaytarılan ərazilərin bərpası və inkişafı istiqamətində dövlət
tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı
ölkəyə yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaqdır.
Hər bir bölgəmizin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat
qovşaqlarına, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq
tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq
onların profili, ixtisaslaşması nəzərdə tutululmuşdur.
Qarabağın azad edilməsi və böyük qayıdışın həyata  keçirilməsi hər bir
azərbaycanlı üçün tarixdən ibrət dərsi götürməyi tələb edir. Biz 28-30 il əvvəlki
məğlubiyyətlərimizin acı nəticələrini düzgün təhlil etməliyik ki, gələcək nəsil də
bunlardan yetərincə düzgün nəticə çıxara bilsin. Unutmamalıyıq ki, olub-keçənlər
bu tarixin ibrət dərsi idi. Misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş,
insanlığa sığmayan  hərəkətlərin, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb
olunduğu münaqişənin bütün məşəqqətlərinin dünya ictimaiyyətinə detalları ilə
çatdırəlması, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ölkə başçımız
tərəfindən ciddi və məqsədyönlü iş aparılır. Çünki soyqırıma siyasi münasibət
bildirilməməsi yeni soyqırımların baş verə biləcəyi qənaətini, həmçinin zəminini
yaradır. Belə hesab edirik ki, eyni zamanda soyqırım Ermənistan tərəfindən həyata
keçirilən məqsədyönlü və düşünülmüş siyasətin tərib hissəsi kimi bəyan
olunmalıdır.

Azad olunmuş ərazilərin minalardan təmizlənməsi ən vacib məsələlərdən
biridir və hazırda bu sahədə işlər davam etdirilir. Lakin ermənistan minalanmış
ərazilərin xəritəsini verməkdən hələ də imtina edir və bu, işğalçı dölətin iç üzünü
açıb göstərir. Lakin, ölkə rəhbərimiz qəsbkar Ermənistanın siyasətini və liderlərini
baş verə biləcək mənfi halların nəticələri haqqında xəbərdar etməkdən çəkinmir.
Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti
təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Prezident İlham Əliyev
bu barədə bildirib ki, biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik
ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv
etmişik.Buna baxmayaraq, “Böyük Qayıdış”a artıq start verilib. İşlər sürətlə
aparılır.
Prezident İlham Əliyev vurğuladı ki, AXC-Müsavat cütlüyünün satdığı
torpaqları biz döyüşürək azad etmişik. Biz tarixi ədaləti bərpa etdik. Biz öz
haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq.
və qayıtmışıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə səfərləri
yenidənqurma və bərpa işlərinə birbaşa özünün nəzarət etdiyinin göstəricisidir.
Bölgəyə səfəri zamanı cənab Prezident bir daha qeyd etmişdir ki, torpaqların
bərpası prosesi artıq başlamışdır. “Qarabağ bölgəsində cənnət yaradacağıq”
söyləyən Azərbaycan Prezidenti İlham Əliyev işğaldan təmizlənən bütün
şəhərlərin, kəndlərin bərpasının müasir tələbləri nəzərə alınmaqla həyata
keçirilməsi ilə bağlı öz göstərişlərini vermişdir. Yəni, dövlətimiz xalqla əlbir
şəraitdə azad edilmiş rayonlarda tezliklə geniş miqyaslı quruculuq işlərinə
başlamalı, münbit torpaqların istifadəsi təmin olunmalıdır. Bunula yanaşı maddi və
mənəvi sərvətlərimiz bərpa edilməli, Qarabağın tarixi, mədəniyyəti, arxeоlоgiyası,
etnoqrafiyası və təbii ehtiyatlarının, geoloji və coğrafi xüsusiyyətlərinin
öyrənilməsi ilə bağlı kompleks işlər aparılmalıdır.

Yaşar Vəliyev, Cəlilabad RİH şöbə müdiri

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki