image-qanunla-reklam
image-xachaturov

Tovuza hücuma rəhbərlik etmiş erməni general qovuldu

image-lady-day-az

Ermənistan ordusunun generalı Qriqori Xaçaturov ordudan qovulub.

Qanunla.Az xəbər verir ki, bu barədə “Ermənistan” blokunun üzvü Artur Kazinyan məlumat yayıb.

Bildirilib ki, rəsmi İrəvan Xaçaturovla müqaviləni uzatmayıb və erməni general ordudan tərxis olunub.

Qeyd edək ki, A.Xaçaturov Ermənistan ordusunun Azərbaycanın Qazax-Tovuz bölgəsilə həmsərhəd ərazilərə cavabdeh olan 3-cü ordu korpusuna rəhbərlik edib. O, 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində xain hücum əməliyyatına da komandanlıq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki