image-970_50
image-fotojet-2021-12-07t100906-688

Toya görə CƏRİMƏLƏNDİLƏR – FOTO

image-suni_mayalanma_qiymeti

 

Masallıda şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimə olunub

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulması müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, toy mərasiminin təşkil edildiyi obyektin sahibi və mərasimin təşkilatçısı barəsində qanunamüvafiq tədbirlər görülüb.

Belə ki, “Qəriblər” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən edilib.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının sahibi 4 000 manat, toy mərasiminin təşkilatçısı isə 400 manat məbləğində cərimə olunublar.

 

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki