image-qanunla-reklam
image-ashura-merasim1

Tragikomik durum: “Yezid” döyüldü, “Hüseyn” köməyə gəldi…

image-lady-day-az

İyulun 16-da Ərdəbil şəhərində keçirilən əzadarlıq mərasimində dava düşüb və bir neçə nəfər xəsarət alıb.

Qanunla.Az xəbər verir ki, bu barədə ərdəbilli sosial media fəalları məlumat yayıblar.

Kərbəla döyüşünü simulyasiya edən Şəbeh mərasimində Hüseyni öldürməyə çalışan Şümür bir neçə nəfərin hücumuna məruz qalıb.

Hücumçular Hüseyni xilas etmək üçün Şümür rolunu ifa edən şəxsi ağır şəkildə döyüblər. Vəziyyətin gərginləşdiyini görən Hüseyn obrazının ifaçısı davaya qoşularaq, Şümürün həyatını xilas etməli olub.

Şümür, Hüseyn və hücumçulardan ikisi yaralanıb, xəstəxanaya çatdırılan Şümürün başına bir neçə tikiş qoyulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki