image-qanunla-reklam
image-putin-tramp

Tramp başa düşür: Kremldən güzəşt almadan…

image-lady-day-az

Donald Tramp başa düşür ki, Moskvadan müəyyən güzəştlər almadan Ukraynanı Rusiyaya güzəştə getməyə məcbur edə bilməz.

Qanunla.Az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

Nəşr xatırladıb ki, seçki kampaniyası zamanı Tramp Ukraynada hərbi əməliyyatları tez bir zamanda dayandıracağına söz vermiş, lakin Kiyevə dəstək məsələsində qeyri-müəyyənlik ifadə etmişdi. Buna görə də Avropa liderləri hazırda ABŞ-ın yeni administrasiyası Ukraynanı dəstəkləməkdən imtina edəcəyi halda necə hərəkət edəcəklərini fəal şəkildə müzakirə edirlər.

Ancaq Trampın Avropa liderləri ilə apardığı telefon danışıqlarının birinci raundundan sonra görünür ki, o, Ukraynanı “avtobusun altına atmağı” planlaşdırmır. Belə ki, adı açıqlanmayan yüksək çinli məmurun sözlərinə görə, bu söhbətlərdən birində Trampın Ukraynadakı müharibə ilə bağlı sülh danışıqlarına yanaşması müzakirə olunub. İddialara görə, Tramp açıq şəkildə bildirib ki, o, Ukraynanı əvəzində heç nə almadan Putinə güzəştə getməyə məcbur edə bilməyəcəyini başa düşür.

Qeyd edək ki, Tramp seçkiöncəsi vədlərində Ukraynadakı müharibəni 24 saata bitirməyə qadir olduğunu açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki