image-qanunla-reklam
image-bmt_tarixi

Tramp hədələdi, İrəvani BMT-yə şikayət etdi

image-lady-day-az

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani təşkilatın Təhlükəsizlik Şurasının sədri və BMT-nin baş katibinə məktub göndərib.

Qanunla.az xəbər verir ki, İrəvani məktubunda ABŞ Prezidenti Donald Trampın martın 30-da NBC telekanalına müsahibəsində İranı bombalamaqla hədələməsinə toxunub.

“Təhlükəsizlik Şurası birmənalı şəkildə ABŞ prezidentinin təhdidlərini beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması kimi pisləməli və ABŞ-ı beynəlxalq hüquq və BMT Nizamnaməsindən irəli gələn hüquqi öhdəliklərinə əməl etməyə çağırmalıdır”, – məktubda bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki