ABŞ-nin keçmiş pezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən etirazlara səbəb olub.
Qanunla.Az xarici mediaya istinadən xəbər verir ki, Trampın qaradərilərlə bağlı fikirləri hiddətlə qarşılanıb.
O, prezidentliyə namizəd Kamala Harrisin də dərisinin rənginə lağ edib.
“Bir neçə il əvvəl qəfildən qaraya çevrilənə qədər onun qara olduğunu bilmirdim, indi isə qaradərili kimi tanınmaq istəyir. Deməli, mən onun hindli, yoxsa qaradərili olduğunu bilmirəm?” deyən Trampa jurnalistlər qışqırıqlarla reaksiya veriblər.
Trampın özünün 1865-ci ildə ABŞ-da köləliyə son qoyan Abraham Linkolndan sonra qaradərililər üçün ən yaxşı prezident olduğunu iddia etməsi də oxşar reaksiyalara səbəb olub.
Kamala Harrisin sözçüsü Karin Jan-Pyer Trampın şərhlərini “iyrənc” və “təhqiredici” adlandırıb.
Tramp 35 dəqiqəlik çıxışından sonra səhnəni tərk edəndə yalnız bir neçə nəfər onu alqışlayıb.