ABŞ Prezidenti Donald Tramp 51-ci ştatla bağlı təxribat xarakterli açıqlamaları ilə son nəticədə Kanadanın nadir torpaq metalları üzərində nəzarətə nail olmaq istəyir.
Qanunla.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov çıxış edib.
Stepanovun sözlərinə görə, bu cür ritorika fonunda Kanadanın ekspertləri “bütün bunlar Trampa nə üçün lazımdır və onun təhdidləri nə dərəcədə realdır” sualına cavab axtarırlar:
“Onlar belə nəticəyə gəlirlər ki, Kanada əleyhinə təxribatların məqsədi Ottavanı öz iradəsinə tabe etməkdir – ilk növbədə, yerli bazarda Amerika biznesi üçün ən rahat şəraitə nail olmaqla. Üstəlik, ABŞ nadir metallar da daxil olmaqla, kritik mineralların zəngin yataqlarına nəzarət etməyi hədəfləyir”.