image-qanunla-reklam
image-1737665989-ap25022004288721-pic_32ratio_900x600-900x600-97197

Trampa ilk zərbə

image-lady-day-az

ABŞ-da doğulmaqla vətəndaşlıq hüququ qazanmağa qadağa qoyulması haqqında Trampın fərmanı məhkəmə tərəfindən bloklanıb.

Qanunla.Az xəbər verir ki, Sietl şəhərindəki federal hakim Con Koenur (John C. Coughenour) prezident fərmanının icrasını müvəqqəti dayandırıb.

O bildirib ki, “bu, açıq-aşkar konstitusiyaya ziddir” və onun qarşısını almaq üçün dörd ştatın təqdim etdiyi vəsatəti təmin edib.

Məhkəmə prosesi davam etdiyi müddətdə məhkəmənin qərarı qüvvədə qalacaq. Bu, Trampın miqrasiyanın qarşısını almaq səylərinə ilk zərbə hesab edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki