ABŞ Prezidenti Donald Trampın bəyanatları onun “bizə müharibə yox, sülh lazımdır” mövqeyinə sadiqliyini göstərir.
Qanunla.Az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əvvəlki administrasiya rəsmi mövqeyi belə idi: dialoq yoxdur, sona qədər müharibə. Prezident Trampın bəyanatlarına görə: biz problemləri dialoqla həll edirik, müharibə yox, bizə sülh lazımdır. Belə mövqeni ideya olaraq sağlam düşüncəli insan və ya dövlət daha çox təbliğ etməlidir”, – Peskov bildirib.