image-qanunla-reklam
image-hakan-fidan-yeni

Trampın bu planını ciddiyə almırıq, qəbul etməyəcəyik – Fidan

image-lady-day-az

ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı təklifi əlbəttə ki, qəbul ediləsi deyil. Burada bizim mövqeyimiz qətidir. Belə bir təklifi qəbul edə bilmərik.

Qanunla.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Təbii ki, xüsusilə Misir, İordaniya və Körfəz ölkələrinin burada bir mövqe qoymaları lazımdır. Ona görə də onlar İsrailə qarşı reaksiyalarını göstərməlidirlər. Bu cür yanaşmalar dözülməzdir”, – H.Fidan söyləyib.

O, bu planı ciddiyə almadıqlarını bildirib.

Türkiyənin bu mövzuda mövqeyinin bəlli olduğunu vurğulayan Fidan qeyd edib:

“Dünyada bunu müdafiə edən yəqin ki, iki ölkə var. Biri ABŞ, biri də İsrail. Bunun xaricində bütün dünya buna qarşıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki