image-qanunla-reklam
image-78ad4cb90c8bc1a4beed3b3ae41f7510

Trampın Ukrayna PLANI: Britaniyanın sabiq naziri “acı həqiqət” barədə XƏBƏRDARLIQ ETDİ

image-lady-day-az

Prezident Donald Trampın Amerika Birləşmiş Ştatlarının ərazisini genişləndirmək ambisiyaları ağılsızlıqdır, çünki bu, yalnız Rusiya və Çini cəsarətləndirəcək.

Qanunla.Az xəbər verir ki, Britaniyanın Lordlar Palatasının üzvü, krallığın keçmiş xarici işlər naziri Uilyam Heyq bu barədə “The Times” qəzetindəki köşəsində Amerika liderinin Danimarka, Kanada, həmçinin Kolumbiya, Misir və İordaniyaya qarşı sərt ritorikasını şərh edərkən yazır.

O, hazırda bu ölkələri aşağılamanın asan olduğunu, amma bir gün ABŞ-ın yenidən bu ölkələrin dəstəyinə ehtiyac duyacağını bildirib.

Heyq qeyd edir ki, Vaşinqton müharibə dayandırıldıqdan sonra Ukraynada Britaniya və Avropa qoşunlarının yerləşdirilməsini gözləyir, çünki bu zəmanət olmadan Ukrayna buna qarşı çıxacaq və Rusiya qoşunlarının sürətlə geri qayıdacağından qorxacaq. Onun fikrincə, Tramp anlayır ki, müharibənin yenidən başlaması və Ukraynanın parçalanması, Co Baydenin Əfqanıstandakı məğlubiyyətini kölgədə qoyacaq bir fəlakət olacaqdır.

“Müzakirələr başladıqda, ağır həqiqət daha da aydın olacaq: Avropa ölkələrinin müharibəni dayandırmaq üçün ABŞ-ın yaxın köməyinə ehtiyacı var. Onların orduları çox kiçik və ya pis təchiz olunub. Onlarda peyklər, raketlər, nəqliyyat təyyarələri və müasir dünyada sərt güc üçün zəruri olan döyüş sursatları yoxdur”, – deyə o yazır.

O zaman Tramp anlayacaq ki, müharibəni dayandırmaq yalnız Amerikanın öhdəliklərini genişləndirməklə mümkün olacaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki