image-qanunla-reklam
image-susa-ela-12

Tuba Atav: “Türkiyə Şuşada Baş Konsulluq açacaq”

image-lady-day-az

Türkiyə Şuşada Baş Konsulluğunu aça bilər.

Qanunla.Az xəbər verir ki, bu barədə “Haber Global”ın canlı yayımında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfərini təhlil edən kanalın baş yayım rejissoru Tuba Atav deyib.

O, Ərdoğanın azad edilən ərazilərə səfərini tarixi gün kimi qiymətləndirib:

“Bu böyük tarixi səfərdir. Biz də buna şahidlik edəcəyik”.

Ərdoğanın səfər proqramına da toxunan kanalın əməkdaşı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın birgə keçirəcəkləri mətbuat konfransına diqqət çəkib.

O, bu konfransda bir sıra məsələlərə aydınlıq gətiriləcəyini istisna etməyib. Xüsusilə, Ərdoğanın NATO sammiti çərçivəsində keçirdiyi görüşlərilə bağlı hər kəsi maraqlandıran məqamlara cavab tapmaq mümkün olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki